Pulsuz Instagram

Smartfonunuz varsa və Instagram-dan aktiv istifadə edirsinizsə, Bakcell sizə Instagram üçün pulsuz xüsusi İnternet paketləri təqdim edir.

İndi smartfonu olan Bakcell abunəçiləri aşağıdakı paketlərdən birini aktivləşdirəndə, Instagram-dan PULSUZ istifadə etmək üçün əsas paketin həcmi qədər trafik əldə edəcəklər. Bununla, əsas paketdən trafik sərf etmədən Instargam-a şəkillər, videolar yükləyə, və həmçinin burada rəylərinizi bölüşə bilərsiniz!

PaketInstagram trafikiAktivləşdirməkQiymət
1 GB + 1 GB *134*11# 6 AZN/ay
2 GB + 2 GB *134*22# 8 AZN/ay
3 GB + 3 GB *134*33# 10 AZN/ay
5 GB + 5 GB *134*55# 12 AZN/ay

Qeyd

  • Bakcell abunəçiləri bu paketləri iOS, Android, Windows, Blackberry, və s. əməliyyat sistemli smartfonlarında aktivləşdirə bilərlər.
  • Instagram-dakı internet trafikiniz bitdikdə, əsas paketinizdəki trafik istifadə ediləcək.
  • Əsas paketdə trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı tarifinizə uyğun təşkil edəcək.
  • Paketin balansını öyrənmək üçün *134*559#.
  • Paketi təkrar aktivləşdirmək üçün *134*555#.
  • Paketin deaktivasiya etmək üçün *134*0#.
  • Balansda kifayət qədər vəsait olduqda paketlər hər ay avtomatik olaraq yenilənəcək.
  • İstənilən İnternet paketin deaktivasiyasından sonra, paketdə qalmış trafik ləğv ediləcək.

Əgər abunəçi hər hansı aktiv İnternet paketini deaktivasiya edərsə və ya digər paket aktivləşdirərsə, yaxud paketin istifadə müddəti bitərsə, paketdə qalmış trafik silinəcək.