İnternet SİM kartı

Planşet, data kart və yaxud Wi-Fi data kartla internetdən istifadə etmək üçün SİM karta ehtiyacınız varsa, Bakcell sizə 3G və 4G SİM kartları təqdim edir.

Əgər sizin mobil cihazınız 4G texnologiyasını dəstəkləyirsə, biz sizə 4G SİM kartını almağı tövsiyə edirik. Bakcell 4G şəbəkəsində internetin sürəti 225 mbit/s çatır.

Bakcell-dən internet SİM kartı alın və ən yüksəksürətli mobil internetlə yanaşı 1 aylıq 11 GB paket əldə edin.

Növbəti aydan Siz öz istəyinizlə aylıq 11 GB paketindən istifadəni davam etdirə bilərsiniz yaxud İnternet SİM kartlarına uyğun digər paketi aktivləşdirə bilərsiniz.

Balansı artırmaq üçün:

  • istənilən Bakcell ödəniş kartını alın, kartın üzərindəki şifrə panelini silin, star101hash yığın, sonra 15 rəqəmli şifrəni daxil edin və hashcall yığın.
  • “MilliÖn”, “E-manat” və s. ödəmə terminalları, ATM terminalı, köşklər, bank filialları və digər ödəniş xidməti vasitəsi ilə balansı artırın.
  • İnternetlə VISA, MasterCard, Maestro, MasterCard SecureCode, Visa Electron, Verified by Visa, AzeriCard vasitəsi ilə onlayn istifadə edin.

Göndərilən SMS-in qiyməti

  • ölkədaxili – 0.05AZN
  • ölkə xaricinə – 0.10AZN

İnternet SİM kartı Bakcell şirkətinin 3G Data Kart, 3G Wi-Fi Data Kart, 4G Data Kart, 4G Wi-Fi Data kartlarında istifadə edilməsi üçün təqdim edilir.



* Bakcell ölkənin ən sürətli mobil şəbəkəsi kimi tanınıb. Ookla®nın yanvar-iyun 2022-də keçirdiyi Speedtest Inteligience® sınaqlarına əsasən. Ookla® ticarət markası lisenziya ilə istifadə olunur və icazə ilə yayılır.

İnternetin sürəti abunəçinin istifadə etdiyi mobil cihazdan asılıdır və yalnız LTE şəbəkəsinin mövcud oluduğu yerlərə tətbiq edilir. Lütfən üstün səviyyəli LTE şəbəkəmizə qoşulduğunuzdan əmin olun. 4G şəbəkəsində olmayan abunəçilər 42 Mbit/s qədər sürətdən yararlana bilərlər.

Əgər abunəçi hər hansı aktiv İnternet paketini deaktivasiya edərsə və ya digər paket aktivləşdirərsə, yaxud paketin istifadə müddəti bitərsə, paketdə qalmış trafik silinəcək.