Rouminqdə İnternet
Evdən uzaqda olarkən belə mobil İnternetdən istifadə edin
İndi CIN və Klass abunəçiləri rouminqdə olarkən belə mobil İnternetdən istifadə edə biləcəklər. GPRS/EDGE/3G rouminq xidməti vasitəsilə Siz elektron poçtunuzu yoxlaya, fayllar yükləyə, Sizi maraqlandıran wap və web səhifələrinə baxa, yəni “ev şəbəkənizdə” istifadə etdiyiniz bütün İnternet xidmətlərindən faydalana bilərsiniz.
Rouminqdə İnternetin aktivləşdirilməsi
- Azərbaycanda GPRS rouminq aktivləşdirmək üçün sadəcə ölkəni tərk etməzdən öncə mobil telefonunuzda İnterneti və rouminqi aktivləşdirmək lazımdır. İnterneti aktivləşdirmək üçün telefonun menyusunda “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə internet.bakcell.com sözünü yazın.
- Bundan əlavə Siz xaricdə olarkən belə GPRS rouminq xidmətinizi aktivləşdirə bilərsiniz, amma bunun üçün ölkəni tərk etməzdən əvvəl Sizin zənglər və SMS üçün rouminq xidmətiniz aktivləşdirilməlidir.
- Sizin tarifiniz üçün İnternetin və rouminqin aktivləşdirilməsi barədə ətraflı məlumatı İnternet saytımızın müvafiq səhifələrindən oxuya bilərsiniz.
- Lütfən, unutmayın ki, mobil İnternetdən yalnız “Qiymətlər və ölkələr” bölməsində göstərilən ölkələrdə/operatorlarda istifadə edə bilərsiniz. Türkiyədə İnternet rouminqlə bağlı xüsusi qeyd BURADA.


