Ismayıl Əliyev

"Smart Start" bir çoxları üçün sadəcə olaraq ingilis dilindən tərcümədə "Ağıllı Başlanğıc" mənasını verən bir ifadədir. İyirmi yaşlı gənc üçün isə onun həyatının dəyişməsinə işarə edən ifadədir. Bu lahiyə mənim üçün ilk uğurlu iş təcrübəsi kimi yadda qaldı. Burada işlədiyim müddət ərzində mən özümdə böyük dəyişikliklər hiss etdim. Abunəçilərə göstərilən xidmətin funksionallığının bizim gördüyümüz işdən asılı olması isə mənə məsuliyyətin nə olduğunu hiss etdirdi. Mehriban kollektivdə işləmək insana çox xoş təsir bağışlayır və mənim işləmək həvəsimi ikiqat artırdı.

"Smart Start" böyük bir ailədir. Hər bir gəncə bu ailəyə qoşulmağı arzulayıram.