”Şənlən” Java-kataloqu

”Şənlən” Java-kataloqu sevimli təranələr, məşhur filmlərdən saundtreklər, yüksək keyfiyyətli təsvirlər və ən maraqlı Java -oyunlar ilə zəngin olan applikasiyadır.

”Şənlən” Java-kataloqunu cəmi bir dəfə mobil telefonunuza yükləməklə, Siz geniş imkanlar əldə etmiş olursunuz. Burada ən məşhur kontentlərin axtarılması və baxılması, müxtəlif üslubda Melotonlar, Realtonlar və Fultreklər seçimi və yüklənməsi, musiqi, şəkillər, istənilən video, oyunlar və mövzulardan asanlıqla faydalana bilərsiniz.

Bundan əlavə, ”Şənlən” Java-kataloqu vasitəsilə SMS göndərmək, zəng etmək (sorğu, məlumat mərkəzinə zəng, fövqəladə zənglər və s.), WEB və WAP səhifələrini izləmək də mümkündür. Həmçinin, Bakcell şirkətinin yeniliklərilə hər zaman məlumatlandırılacaqsınız.

Rahat istifadəçi interfeysinə və sadə naviqasiya sisteminə malik olan ”Şənlən” Java-kataloqu WAP resurslardan istifadə zamanı sərf olunan vaxta və pula qənaət edir.

”Şənlən” Java-kataloq applikasiyasını http://cat.bakcool.com/shenlen_az/ linki vasitəsilə yükləyə bilərsiniz.