Brend və reklam işi üzrə aparıcı mütəxəssis

Şirkət Bakcell
Funksiya Marketinq
İş qrafiki Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi 15.12.2022
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Brend imicinin idarə edilməsi və təkmilləşdirilməsi üçün yeni brend kampaniyalarının başlanması və inkişaf etdirilməsi
  • Bütün brend fəaliyyətlərinin kommunikasiya məqsədləri və standartlarına uyğun olmasının təmin edilməsi
  • Kreativ agentliyin təlimatlandırılması və prosesin idarə edilməsi
  • Brend kampaniyaları ilə bağlı hesabatların hazırlanması
  • Marketinq materiallarının hazırlanması və təhvil verilməsinə nəzarət
  • Brendin tanınmasını təşviq edən BTL tədbirlərinin təşkili
Tələblər
  • Marketinq, İctimaiyyətlə əlaqələr və ya müvafiq sahə üzrə ali təhsil
  • Yüksək yaradıcı və stratejik düşünmə qabiliyyəti
  • Ən son tendensiya və marketinq təcrübələri ilə bağlı müasir biliklər
  • Marketinq və ya brendin idarə olunması üzrə 2 ildən artıq iş təcrübəsi
  • Mükəmməl Azərbaycan, ingilis dili biliyi (rus dili biliyi üstünlük hesab olunur)
  • MS Office proqramları
  • Yaradıcı və strateji düşünmə
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Komanda işi və əməkdaşlıq
  • Layihələrin idarə olunması
Müraciət etmək üçün
CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Brend və reklam işi üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə