Data analitikası üzrə mütəxəssis

Vakansiya haqqında
İdarə Marketinq
İş qrafiki Standart
İş müddəti Daimi
İş yeri Port Baku Cənub Qülləsi
Son müraciət tarixi 20.11.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Müştəri axınının qarşısını almaq üçün qurulmuş modeli yeniləmək, nəticələri yoxlamaq və təsdiqləmək
  • Modelin dəqiqliyinin artırılması üçün dəyişənlərin transformasiya və alqoritmin parametrlərini sazlamaq
  • Müştərilərin davamlı saxlanılması strategiyasına uyğun olaraq müştəri axının qarşısını almağa yönəlmiş kampaniyalarımız üçün müştəri məlumatlarını və müvafiq təklifləri hazırlamaq
  • Müştəri axınının qarşısını almağa yönəlmiş kampaniyalarımızın effektivliyini ölçmək
  • Müntəzəm və qabaqcadan planlaşdırılmamış hesabatlar hazırlamaq
  • Seqmentlərin istifadə davranışını yoxlamaq
  • Müştəri dəyərinin idarə edilməsi üzrə layihələrə dəstək göstərmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali Təhsil (Marketinq və riyazi yönümlü təhsil üstünlük hesab olunur)
  • Məlumatın təhlili, hesabat, tədqiqat və analitika sahəsində ən azı 1 il iş təcrübəsi (Telekommunikasiy, bank və ya Pərakəndə sektorda iş təcrübəsi üstünlük hesab olunur)
  • İri həcmli məlumatların analizi üzrə iş təcrübəsi
  • Analitik alətlərdə işləmə təcrübəsi (SAS|SPSS|R|Python və s.) üstünlük heab olunur
  • AB testlərin həyata keçirilməsi və nəticələrin ölçülməsi üzrə iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Fakt əsaslı və yaradıcı düşünmə
  • Komanda işi və əməkdaşlıq
  • Müştəri yönümlü
  • Güclü Excel və hər hansı BI alətində yaxşı işləmə bacarığı
  • Hesabat və vizuallaşdırma təcrübəsi
  • Azərbaycan və İngilis dilini səlis bilmək
  • Müştəlif mənbələrdən məlumatların toplanması bacarığı
  • Tövsiyyə sistemləri|proqnozlaşdırma|qruplaşdırma modellərinin hazırlanması üzrə bilik üstünlük hesab olunur
  • Proqnozlaşdırma və qruplaşdırma modellərində çoxlu sayda dəyişənlərin ölçülərinin ixtisar olunması üzrə bilik
  • Müştərinin gələcək dəyərinin hesablanması üzrə bilik üstünlük heab olunur
  • SQL üzrə bilik üstünlük heab olunur üstünlük hesab olunur
  • Məcmu mənfəət qrafiki haqqında bilik
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Data analitikası üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə