Rəqəmsal marketinq üzrə menecer

Vakansiya haqqında
Funksiya Marketinq
İş qrafiki Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi 17.06.2022
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Rəqəmsal marketinq üzrə yol xəritəsinin hazırlanması və icrası
  • Bütün rəqəmsal kanallarda sosial media varlığını qorumaq və kanallar arasında uyğunluğu təmin etmək
  • Məhsul və xidmətin yayılması üçün mütəmadi təşəbbüslərin təqdim edilməsi
  • Yeni trendlərin müəyyənləşdirilməsi və trendlərə uyğun işin səmərəli təşkili
  • Bütün sosial media və rəqəmsal yerləşdirmə fəaliyyətlərini idarə etmək üçün agentliklərlə əməkdaşlıq etmək
  • Rəqəmsal marketinq büdcəsinin səmərəli idarə edilməsini təmin etmək və hədəflərə qarşı performansı mütəmadi olaraq izləmək
  • Bütün rəqəmsal marketinq kampaniyalarının performansını ölçmək, hesabat vermək və hədəflərə qarşı qiymətləndirmək (ROI və KPI)
  • Komanda üzvlərinin peşəkarlıqlarını inkişaf etdirməkdə onlara dəstək olmaq. Bakcell -in strategiyalarını və hədəflərini işçilərə çatdırmaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Marketinq, Menecement və ya Biznes Administrasiyası üzrə Ali təhsil
  • Rəqəmsal Marketinq sahəsində 4 ildən artıq iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Müxtəlif sosial media platformalar və veb sayt analitikası üzrə dərin biliklər
  • Yüksək yaradıcı və mükəmməl analitik qabiliyyət
  • Rəqəmsal marketinq sahəsində son tendensiyalar və texnologiyalar haqqında məlumatı olması
  • Mükəmməl Azərbaycan, İngilis dili biliyi (Rus dili biliyi üstünlük hesab olunur)
  • Yaradıcı və Strateji düşünmə
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Komanda işi və Əməkdaşlıq
  • Proyektlərin İdarə Olunması
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Rəqəmsal marketinq üzrə menecer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə