Konseptual satış nöqtələrinin inkişaf etdirilməsi və yeni satış kanalları üzrə şöbə rəhbəri

Vakansiya haqqında
İdarə Satış
İş qrafiki Standart
İş müddəti Daimi
İş yeri Port Baku Cənub Qülləsi
Son müraciət tarixi 16.03.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Konseptual satış nöqtələri üçün yeni satış kanalları strategiyasını təşkil etmək və bazar strategiyasına uyğun olaraq icrasını təmin etmək
  • Konseptual satış nöqtələrinin əməliyyatlar strategiyasını yaratmaq
  • Gündəlik, aylıq, həftəlik hesabatları təhlil etmək və rəhbərliyə təqdim etmək
  • Büdcə planlamasını aparmaq və il ərzində xərclərə nəzarət etmək
  • Müvafiq təlimatlar tətbiq etməklə konseptual satış nöqtələrində yüksək səviyyəli müştəri xidmətlərini təmin etmək
  • Konseptual satış nöqtələrinin digər satış və xidmət kanalları üzrə düzgün paylanmasını tənzimləmək və gələcək konseptual /françayzinq satış nöqtələri üçün müştəri təcrübəsi qurucusu olmaq
  • Konseptual satış nöqtələrinin əməliyyatlar prosesindən, işçilərin fəaliyyətindən və müştəri xidməti səviyyəsindən məsuliyyət daşımaq
  • Əməliyyatlar və kommersiya effektivliyini təmin etmək məqsədilə müxtəlif satış və müştəri ilə ünsiyyət kanalları arasında uyğunlaşmanı koordinasiya etmək
  • İşçilərin təlim və inkişaf proqramları üçün müvafiq təhlilər aparmaq və təkliflər vermək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • İqtisadiyyat, Biznesin İdarə olunması və ya müvafiq sahələrdə Ali təhsil
  • Satış kanallarının idarəolunması və ya müştəri təcrübəsi proqramları üzrə ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və ya bank sahəsində iş təcrübəsi üstünlük hesab olunur)
  • Büdcə planlaması, satış hədəflərinin təyin olunması və layihələrin idarə olunması üzrə təcrübə
  • Komanda idarəetmə üzrə təcrübə mütləqdir
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Müştəriyönümlü
  • Komanda işi və əməkdaşlıq
  • Nəticəyönümlü
  • İdarəetmə qabiliyyəti
  • Analitika qabiliyyəti
  • Satış qabiliyyəti
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlükdür)
  • MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Konseptual satış nöqtələrinin inkişaf etdirilməsi və yeni satış kanalları üzrə şöbə rəhbəri” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə