Satış öncəsi və sabit məhsulların satışı üzrə aparıcı mütəxəssis

Vakansiya haqqında
Funksiya B2B Satış
İş qrafiki Standart
Son müraciət tarixi 05.07.2022
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Satış təmsilçilərinin məhsulla əlaqədar bilik və texniki satış bacarıqlarının artırılması məqsədilə təlimlər keçmək;
  • Müştərilərin ehtiyac və tələblərini təhlil etmək və müvafiq həll yolları təklif etmək;
  • Müvafiq Departamentlərlə məhsulun yaradılması və inkişafındakı bütün prosesləri idarə etmək;
  • Təyin olunmuş məhsulların texniki və kommersiya tərəflərinin bazar araşdırmasını aparmaq;
  • Təyin olunmuş satış hədəflərinə çatmaq;
  • Bazar tələbatına uyğun texniki həllər və məhsullar yaratmaq;
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali təhsil
  • Satış, Telekommunikasiya və ya İT üzərindən yeni həllər təqdim edən sahələri üzrə 2-3 il müvafiq iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Azərbaycan (səlis), Rus (Səlis) və İngilis (yaxşı) dillərini bilmək;
  • CRM sistemləri və tətbiqi ilə tanışlıq;
  • Ünsiyyət və təqdimat bacarığı;
  • Müxtəlif tapşırığı eyni zamanda idarə etmək bacarığı;
  • Verilənlər bazası və veb-əsaslı proqramlar daxil olmaqla çoxsaylı sistemlərlə işləmək bacarığı;
  • Layihələrin idarə olunması;
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Satış öncəsi və sabit məhsulların satışı üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə