Pərakəndə satış üzrə mütəxəssis (Tovuz, Ağstafa, Qazax və Şəmkir)

Vakansiya haqqında
Departament Satış
Şöbə Pərakəndə Satış
İş qrafiki Standart
İş yeri Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonları
Son müraciət tarixi 15.02.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
  • Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
  • Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
  • Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
  • Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
  • Mobil satış kampaniyalarının genişləndirilməsi məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
  • Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək
  • Yeni dilerlərdən bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək
  • Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
  • Müvafiq bazar araşdırmaları aparmaq
  • Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
  • Müvafiq hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali təhsil
  • Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
  • Detallara diqqət yetirmə qabiliyyəti
  • Qərar qəbul etmə bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Nəticə yönümlü
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
  • MS Office Proqramlarını bilmək
  • "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik.
  • Başlıqda "Pərakəndə satış üzrə mütəxəssis" (Tovuz, Ağstafa, Qazax və Şəmkir) qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə