Pərakəndə satış üzrə mütəxəssis

Vakansiya haqqında
İdarə Satış
Şöbə Pərakəndə Satış
İş qrafiki Standart
İş yeri Port Baku Cənub Qülləsi
Son müraciət tarixi 20.10.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Gündəlik olaraq dilerlərin satış agentləri və müştərilər ilə əlaqə yaratmaq
  • "A" kateqoriyalı yeni subdiler şəbəkəsini yaratmaq və inkişaf etdirmək
  • Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək
  • Məhsullar və xidmətlər barədə məlumatları dilerlərə kommunikasiya etmək
  • Hədəflərə nail olmaq və səmərəli əməkdaşlıq istiqamətində diler qruplarını koordinasiya etmək
  • Diler/subdilerlərə hədəfləri yerinə yetirmək üçün lazımi dəstək göstərmək
  • Mobil satış kampaniyalarının genişləndirilməsi məqsədilə diler/subdilerlərin fəaliyyətini müşahidə etmək və dəstəkləmək
  • Diler satış nöqtələrinin şirkətin təyin etdiyi standartlara cavab verməsini təmin etmək
  • Yeni dilerlərdən bütün zəruri qeydiyyat və digər sənədlərin əldə olunmasını təmin etmək
  • Yeni dilerlərin seçilməsi məqsədilə müvafiq departamentlərə dilerlər haqqında düzgün məlumatları təmin etməkdə dəstək olmaq
  • Müvafiq bazar araşdırmaları aparmaq
  • Rəhbərlik tərəfindən həvalə olunmuş digər tapşırıqları həyata keçirmək
  • Müvafiq hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali təhsil
  • Pərakəndə satış və ya merçendayzinq sahəsində ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Rəqabətyönümlü təhlil aparma qabiliyyəti
  • Detallara diqqət yetirmə qabiliyyəti
  • Qərar qəbul etmə bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Nəticə yönümlü
  • MS Office Proqramlarını bilmək
  • Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
  • "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Pərakəndə satış üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə