Elektron cihazlar və aksesuarların satışı üzrə agent

Vakansiya haqqında
İdarə Satış
Şöbə Pərakəndə Satış
İş yeri Bakcell Satış Mərkəzi
Son müraciət tarixi 18.04.2019
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Mərkəzə daxil olan müştəriləri qarşılamaq və mobil elektron cihaz/aksesuarların seçimində dəstək göstərmək
  • Müştəriləri cihaz/aksesuarların xüsusi cəhətləri, üstünlükləri və texnologiyaları haqqında məlumatlandırmaq
  • Müştərilərin sorğularını vaxtında cavablandırmaq
  • Alqı-satqı prosesini və ödəniş prosedurunu sadələşdirmək
  • Satılan məhsulları qablaşdırımaq və zəmanət kartları/talonları ilə təmin etmək
  • Təchizatçılarla sıx əməkdaşlıq etmək və hər kateqoriya üzrə satılan məhsulun satış mərkəzində kifayət qədər olmasını tənzimləmək
  • Bütün satılan məhsulların vitrinlərdə düzgün yerləşdirilməsi və lazımi texniki məlumatlarla təchiz edilməsinə əmin olmaq
  • Gəlir artımına yönələn satışı təmin etmək
  • Rəqiblərin satışını izləmək, təhlil etmək və alternativ tədbirlər barədə rəhbərliyə məlumat vermək
  • Şirkətin anbar/məlumat bazasına satılan məhsullarla bağlı məlumatları daxil etmək və onların yenilənməsinə nəzarət etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali və ya orta ixtisas peşə məktəbi/kollec təhsili
  • Cihazların/aksesuarların satışı üzrə ən azı 3 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Müştəriyönümlü
  • Komanda işi və əməkdaşlıq
  • Nəticəyönümlü
  • Ünsiyyət bacarığı *Texniki problemlərin aradan qaldırılması
  • Düzgün və etibarlı
  • Azərbaycan dilini səlis bilmək (Rus və İngilis dili biliyi üstünlük hesab olunur)
  • MS Office proqramlarını bilmək
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Elektron cihazlar və aksesuarların satışı üzrə agent” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə