Kiçik və orta müəssisələr, dövlət sektoru müştəri qrupları ilə iş üzrə menecer

Vakansiya haqqında
İdarə Satış
Şöbə B2B Satış və Məhsul Marketinqi
İş qrafiki Standart
İş müddəti Müvəqqəti
İş yeri Ravy Qülləsi
Son müraciət tarixi 10.06.2021
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Rəhbərlik tərəfindən təyin olunmuş müvafiq satış planlarını yerinə yetirmək
  • Kiçik və orta müəssisələr, dövlət sektoru müştəri qruplarına Bakcell şirkətinin məhsul və xidmətlərini təklif etmək
  • Kiçik və orta müəssisələr, dövlət sektoru müştəri qrupları ilə müqavilə bağlamaq
  • Trendlər, bazardakı fəaliyyətlər və rəqiblər barədə məlumatlı olmaqla məhsulları təkmilləşdirmək və ya yeni məhsulların təqdim olunması yollarını müəyyənləşdirmək
  • Kiçik və orta müəssisələr, dövlət sektoru müştəri qrupları ilə əməkdaşlığı qorumaq və xidmətlərin təkmilləşdirilməsi üçün tövsiyələr vermək
  • Həftəlik, aylıq və illik hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Ali təhsil
  • Korporativ Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (Bank və ya Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Ünsiyyət qurma bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Komanda işi və Əməkdaşlıq
  • MS Office Proqramlarını bilmək
  • Azərbaycan (səlis), Rus (səlis) və İngilis (yaxşı) dillərini bilmək
  • "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Kiçik və orta müəssisələr, dövlət sektoru müştəri qrupları ilə iş üzrə menecer” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə