Ticari Marketinq üzrə Mütəxəssis

Vakansiya haqqında
İdarə Satış
Şöbə Pərakəndə Satış
İş qrafiki Standart
İş müddəti Daimi
İş yeri Port Baku Cənub Qülləsi
Son müraciət tarixi 27.10.2020
Sizin əsas vəzifə öhdəlikləriniz
  • Bakcell satış nöqtələri şəbəkəsinin daha çox satış yönümlü və müasir tipdə qurulması üçün əsas innovativ ideyaları və dizayn prinsiplərini təmin etmək
  • Yeni müasir satış nöqtələri konseptinin icrasına yönələn layihələrə rəhbərlik etmək
  • Ticari marketinq plan və fəaliyyətlərini həyata keçirmək və idarə etmək
  • Ticari marketinq konsepti ilə əlaqədar layihələrə nəzarət etmək
  • Tərəfdaşlar tərəfindən qrafiki proqramlarda təqdim olunan faylları nəzərdən keçirmək, nəzarət etmək, düzəltmək və prosesin icra olunmasını təmin etmək
  • 2D planları və 3D görünüşləri hazırlamaq
  • Müvafiq tender sənədlərini (RFP) hazırlamaq
  • Müvafiq məhsulların texniki spesifikasiyalarını hazırlamaq (mebel, reklam)
  • Yeni satış nöqtələrində ticari marketinq ilə əlaqədar məsələləri idarə etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
  • Biznes, Memarlıq və ya Dizayn sahəsində Ali Təhsil üstünlük hesab olunur
  • Kommersiya və iri ticari mərkəzlərin interyer/eksteryer üzrə dizayn olunması sahəsində 2-3 il iş təcrübəsi
  • Ticari mərkəzlərin konseptinin hazırlanmasında müasir yanaşmaların tətbiqi və Marketinq sahəsində 2-3 il müvafiq iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
  • Danışıqlar aparma qabiliyyəti
  • Son trendlərin izlənilməsi
  • Dəqiqlilik
  • Kreativlik
  • Detallara yönümlülük
  • Nəticə yönümlülük
  • Davamlı təkmilləşmə
  • Rəqəmsal düşüncə
  • Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
  • MS Office Proqramlarını bilmək (AutoCad, ArchiCAD, 3ds Max biliyi üstünlük hesab olunur)
  • "B" kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
  • CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
  • Başlıqda “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV formasını yüklə