Lotar Haynrix Andreas Pauli

Lotar Haynrix Andreas Pauli
Direktorlar Şurasının sədri

Lotar Haynrix Andreas Pauli Bakcell şirkətinin Direktorlar Şurasının sədridir.

Cənab Pauli telekommunikasiya və texnologiya sahəsində 33 illik təcrübəyə malikdir. Bu müddət ərzində o, bir çox beynəlxalq şirkətlərdə ən yüksək rəhbər vəzifələrdə çalışıb.

Həmçinin o, telekommunikasiya, telekommunikasiya mühəndisliyi və elektromexanika sahələrində fəaliyyət göstərən Almaniyanın Deutsche Telekom və SHS Viveon şirkətlərində və Mobiserve Holding, SQS Software Quality Systems şirkətlərində Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Bundan əvvəl Lotar Pauli Siemens Communications və Siemens Mobile Networks şirkətlərində baş icraçı direktor, T-Systems şirkətində baş icraçı direktor və digər beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Cənab Pauli Münhen Ludwig-Maximilians Universiteninin məzunudur.