Melomania

İndi Melomania-ya tutulacaqsınız!

Sizə zəng edənlər Sizin musiqinizi dinləsin
Sizə zəng edənləri standart çağırış siqnalları əvəzinə Melomania-da olan musiqilərlə sevindirin. Ailə üzvləri və dostlarınızın zövqünə uyğun olan musiqi parçalarını seçin.

1 musiqi parçasının qiyməti 1 AZN (ƏDV daxil) təşkil edir.

Melomania melodiyasının 30 günlük aktivləşdirilməsi və ya yenilənməsi üçün balansınızda kifayət qədər vəsait olmasa belə, Siz daha az məbləğ ödəməklə xidmətdən istifadə edə bilərsiniz. Xidmətdən istifadə etmək üçün balansınızda 1AZN-dən az vəsait olsa da, Melomaniya xidmətindən rahat şəkildə yararlana bilərsiniz. Sadəcə aşağıdakı məbləğlərə müvafiq vəsaitin balansda olması kifayət edir:

  • 1 AZN – 30 günlük istifadə üçün
  • 0.50 AZN – 15 günlük istifadə üçün
  • 0.25 AZN – 7 günlük istifadə üçün
  • 0.10 AZN – 3 günlük istifadə üçün
  • 0.03 AZN – 1 günlük istifadə üçün.

Nəzərə alın ki, Melomania xidmətini ayrıca olaraq 14, 7 və ya 3 günlük müddətə aktivləşdirmək mümkün deyil. Bu xidmətin müvafiq müddətlərə aktivləşməsi, qoşulma kodu yığıldıqdan sonra balansdakı məbləğin avtomatik olaraq çıxılması ilə baş verir.

Melomania-dan musiqinin quraşdırılması
USSD sorğusu vasitəsilə sifariş üçün
1. Melomania xidmətini sifariş etmək üçün bəyəndiyiniz musiqi parçasını seçin və onun kodunu yazın.
2. Sonra telefonunuzda star606star musiqinin kodunu yığın hashcall düymələrini basın.

Əlavə xidmətlər:

  • Melomania xidmətinin müvəqqəti dayandırmaq üçün star606star111hashcall yığın
  • Xidmətin bərpası üçün star606star112hashcall yığın
  • Melomania xidmətinin növbəti aya uzadılmaması dayandırmaq üçün star606star114hashcall yığın
  • Xidmətin istifadəsinə dair köməkçi SMS almaq üçün star606star113hashcall yığın
  • Melomania xidmətinin ləğv etmək üçün star606star116hashcall yığın

Siz, həmçinin, Melomania-dan istədiyiniz musiqi parçasını SMS vasitəsilə də sifariş edə bilərsiniz.

SMS vasitəsilə sifariş üçün
1. Bəyəndiyiniz musiqi parçasının kodunu SMS vasitəsilə 606 qısa nömrəsinə göndərin.
2. Melomania-dan musiqi sifarişiniz haqqında təsdiq mesajı alacaqsınız.

Əlavə xidmətlər:

  • Melomania xidmətini müvəqqəti dayandırmaq üçün 111 yazıb, 606 qısa nömrəsinə SMS göndərin.
  • Xidmətin bərpası üçün 112 yazıb 606 qısa nömrəsinə SMS göndərin.
  • Xidmətin istifadəsinə dair köməkçi SMS almaq üçün 113 yazıb, 606 qısa nömrəsinə SMS göndərin.
  • Melomania xidmətinin növbəti aya uzadılmaması dayandırmaq üçün 114 yazıb, 606 qısa nömrəsinə SMS göndərin.
  • Hal-hazırda ən populyar olan musiqi parçalarının siyahısını almaq üçün TOP10 yazıb 606 qısa nömrəsinə SMS göndərin.

Sizə zəng edənlər müxtəlif musiqini dinləsin
Sizə zəng edənlərin hərəsi standart çağırış siqnalları əvəzinə Melomania-dan bir musiqi parçasını dinləsin. Müxtəlif nömrələr üçün ayrı-ayrı musiqi parçalarını təyin etmək üçün Siz 606 qısa nömrəsinə zəng edib müvafiq bölməyə daxil olmalısınız.

Dili dəyişdirmək imkanı
Melomania xidmətinin çərçivəsində təqdim olunan məlumatla Siz istənilən dildə tanış ola bilərsiniz. Dili dəyişdirmək üçün sadəcə 606 qısa nömrəsinə zəng edib müvafiq göstərişlərə riayət edin.

Dili dəyişdirmək üçün şifrələr:

  • Azərbaycan dili üçün: star154star1hashcall
  • Rus dili üçün: star154star2hashcall
  • İngilis dili üçün: star154star3hashcall

606-a zəng
Bu qısa nömrəyə zəng etməklə Siz xüsusi Melomania portalına daxil ola bilərsiniz. Bu portalın vasitəsilə musiqi parçalarını axtarıb, dinləyib, seçib, sifariş edə bilərsiniz. Həmçinin, ayarlarınızı da dəyişmək imkanınız olacaq.

Melomania xidməti haqqında istənilən əlavə məlumatı, əldə etmək üçün 606 qısa nömrəsinə zəng etmək, mobil telefonda star606hashcall sorğusunu yığmaq mümkündür.

CIN, Klass və BUSINESS abunəçiləri üçün
“Melomania”-dan 30 günlük istifadə 1 AZN
“Melomania”-dan 15 günlük istifadə 0.50 AZN
“Melomania”-dan 7 günlük istifadə 0.25 AZN
“Melomania”-dan 3 günlük istifadə 0.10 AZN
“Melomania”-dan 1 günlük istifadə 0.03 AZN