MMS

Artıq Bakcell abunəçiləri ölkədaxili bütün mobil operator abunəçilərinə MMS göndərə və onlardan MMS ala bilərlər!

MMS - Rəngarəng ünsiyyət!

Bakcell abunəçilərinə gündəlik həyatlarında baş verən məqamları telefonunun yaddaşına həkk edərək dostları ilə bolüşmək şansı yaradır.

Bakcell-in Multimediya mesaj xidməti (MMS xidməti) Sizə başqa abunəçilərlə multimediya mesajlar vasitəsi ilə əlaqə saxlamaq imkanı yaradır.

Aktivləşdirmə

MMS xidmətini aktivləşdirmək üçün (telefonunuz dəstəklədiyi təqdirdə) 5950 qısa nömrəsinə boş SMS göndərin.Telefonunuzun MMS xidmətini dəstəkləyib və yaxud dəstəkləməməsini telefonunuzun istifadəsinə dair təlimat kitabçasında öyrənə bilərsiniz . Telefonunuz MMS xidmətini dəstəkləyirsə, lakin standart seçənəklər telefonunuza uyğun deyilsə, Siz özünüz aşağıda qeyd olunan seçənəkləri telefona daxil edə bilərsiniz:

  • APN: mms.bakcell.com
  • Homepage MMS: mmsc.bakcell.com

Əgər telefonunuzu yuxarıda təyin edildiyi kimi tənzimləyə bilmədinizsə, lütfən Bakcell Məlumat Mərkəzinin əməkdaşı ilə əlaqə saxlayın. Məlumat Mərkəzinin əməkdaşları Sizə yardımçı olacaq.

MMS-in göndərişi zamanı aşağıda qeyd edilən yığım qaydalarının yalnız birindən istifadə edilməsi zəruridir (boşluq və rəmzləri daxil etməmək şərti ilə):

+99455xxxxxxx

0099455xxxxxxx

055xxxxxxx

Elektron ünvana MMS göndərmək istəyirsinizsə, abunəçinin telefon nömrəsinin yerinə, onun elektron ünvanını daxil etməyiniz kifayətdir.

Bir MMS qiyməti abunəçi üçün 8 qəpik təşkil edir. (ƏDV daxil olmaqla).

Nəzərə alın ki, 1 MMS-in maksimal həcmi 300 KB-dır.

MMS-in qiymətini CIN, Klass və ya Business tarif planlarınızdan öyrənə bilərsiniz.