Pul köçürmə

Yaxınlarınıza və dostlarınıza həmişə əlaqədə olmağa kömək edin

Siz öz və ya yaxınlarınızın hesabını ödəmə kartları ilə hər zaman artıra bilərsiniz.

Öz balansınızdan digər CIN yaxud Klass abunəçisinin balansının artırılması

Yaxınlarınıza öz balansınızdan limitsiz sayda 20 qəpik göndərin:

  • Telefonunuzda star105star sonra balansını artırmaq istədiyiniz 10 rəqəmli CIN yaxud Klass nömrə və hashcall düymələrini yığın.
  • Siz və balansını artırdığınız digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız.
  • Hər bir göndəriş üçün xidmət haqqı 6 qəpik təşkil edir.
  • Xidmətdən həm CIN, həm də Klass abunəçiləri istifadə edə bilər.

Bakcell abunəçisi digər abunəçinin bağlanmış nömrəsinə “pul köçürmə” yolu ilə 0.20 AZN göndərərsə, bağlanmış nömrə 1 gün müddətinə açılacaq.

Yeni vahid ödəmə kartıları ilə digər abunəçinin balansının artırılması

Bu pulsuz Bakcell xidməti vasitəsi ilə başqa Bakcell abunəçisinin hesabına vahid ödəmə kartını yükləyə bilərsiniz.

CIN, Klass, Business üçün:

  • Telefonunuzda star101star və vahid ödəmə kartının 15 rəqəmli şifrəsini yığın, sonra hash və hesabını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini daxil edin və sonra hashcall düymələrini yığın.
  • Siz və balansına balansını artırmaq istədiyiniz digər abunəçiyə çatdırılma haqqında bildiriş mesajı alacaqsınız.

CINKredit:

  • İndi Sizin balansınız sıfıra yaxın oduqda CINKreditlə 1 AZN əldə edə bilərsiniz. Bunun üçün sadəcə star150hashcall yığın.

Balansınızı yoxlayın

Balansınızı yoxlamaq üçün mobil telefonunuzdan star100hashcall yığın və ya 555 nömrəsinə zəng edin (0.01 AZN). Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul olan zaman Siz zəng edə və zəngləri qəbul edə bilərsiniz. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul qurtaran zaman Siz zəng edə bilməyəcəksiniz.

Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə 90 gün ərzində ikitərəfli bağlanır.

Balans xidmətləri