Mənim Bakcellim
Mənim Bakcellim – abunəçilərimiz üçün ən sadə həll.
Biz “Mənim Bakcellim” aplikasiyamızı yenilədik və bir çox faydalı funksiyalar əlavə etdik.
Əlinizin altındakı aplikasiya ilə:
- mobil balansınızı yoxlamaq, artırmaq, nəzarət altında saxlamaq;
- özünüzə ən uyğun tarif seçmək;
- xidmət və imkanları qoşmaq və dayandırmaq;
- İnternet, SMS və dəqiqə paketlərinizi nəzarət altında saxlamaq, almaq, dayandırmaq;
- ən yaxın Bakcell xidmət mərkəzlərini tapmaq;
- ən çox verilən suallarını cavabını tapmaq;
və bir çox geniş imkanlara malik olacaqsınız.
Bütün bu xidmədtlərlə yanaşı əlavə əməliyyatları mobil cihazınızla asanlıqla həyata keçirə bilərsiniz. Aplikasiya həm iOS, həm də Android əməliyyat sistemləri üçün mövcuddur.
Məlumat lövhəsi - Cari balansınız və hesabınızdakı digər paketlərin həcmi ilə bağlı məlumatlar, xəttinizin və tarifinizin statusu;
Paketlər – Sərfəli İnternet, SMS və Rouminq paketləri haqqında məlumat və onları aktivləşdirmək/dayandırmaq imkanları təqdim edilir;
Qoşulmalarım – Mövcud qoşduğunuz xidmətlərin təsviri;
İstifadə tarixçəsi - İstifadənizin ümumi və ətraflı tarixçəsi;
Xidmət mərkəzləri - Sizə yaxın olan xidmət mərkəzləri və rəsmi tərəfdaşlarımızın ünvanları.