My Music Cloud

Bakcell bütün abunəçilərinə yeni musiqili “My Music Cloud” adlı xidmətini təqdim edir. “My Music Cloud”-la sevdiyiniz musiqi hər zaman, hər yerdə sizinlə olacaq. İstədiyiniz musiqini mobil cihazınıza PULSUZ* yükləyin və dinləyin.

Xidmətin aktivləşdirilməsi “MUSIC” yazıb smartfonunuzdan 5888 -ə SMS göndərməklə başlayır.

  • SMS göndərildikdən sonra cavabında sizə “My Music Cloud” xidmətinin applikasiyasını yükləmək üçün link göndəriləcək.
  • Həmin applikasiyanı telefonunuza yükləyin.
  • Applikasiyanı yüklədikdən sonra öz nömrənizlə orada qeydiyyatdan keçin.
  • Daha sonra Sizə ID kod göndəriləcək. Həmin ID kod vasitəsilə applikasiyaya daxil olun.

İstifadə etmək çox asandır

  • İstənilən kompüter, smartfon və planşetdə işləyir.
  • Həm onlayn, həm də oflayn rejimdə işləyir.
  • Musiqilər birbaşa olaraq telefonun yaddaşına deyil, applikasiyanın tərkibində olan virtual yaddaşa yüklənir.
  • Yüklənən musiqilərə qulaq asmaq PULSUZDUR. Belə ki, bunun üçün İnternetə qoşulmağa heç bir ehtiyac yoxdur.
  • Siz həmçinin istənilən musiqini bu xidmətlə bağlı sayta yükləyə bilərsiniz. Daha sonra telefonda, applikasiyanın köməyi ilə həmin musiqini virtual yaddaşa yükləyə bilərsiniz.

* Applikasiyanın və musiqilərin yüklənməsi müvafiq İnternet tarifinə əsasən hesablanır. Xidmətdən istifadənin ilk 1 ayı abunə haqqı çıxılmır.

1 aydan sonra aylıq abunə haqqı 2.36 AZN təşkil edir. Profilinizə yüklənən ilk musiqi ilə balansınızdan aylıq abunə çıxılacaq. Aylıq abunə haqqı çıxdıqdan sonra ay ərzində istənilən qədər musiqi yükləmək olar. Bütün yükləmələr abunəçinin müvafiq İnternet tarifinə uyğun olaraq hesablanacaq.

Bu xidməti dayandırmaq üçün STOP yazıb 5888 nömrəsinə göndərin.
Ətraflı məlumat üçün 012 597 02 34 zəng edin.