Nikolai Bekers

Nikolai Bekers

Nikolai Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ilin may ayında təyin olunub.

Bundan qabaq Cənab Bekers Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Onun iş təcrübəsi dünyanın ən raqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.

1995-ci ildən etibarən telekommunikasiya sektorunda çalışmağa başlayan Nikolai Bekers, 2000-2001-ci illər arasında Filippində Globe/Islacom-Deutsche Telekom şirkətində icraçı direktor vəzifəsində, 2001-ci ildən 2003-cü ilədək isə T-Online France şirkətində baş maliyyə direktoru vəzifələrində çalışıb.

2003-2007-ci illər arasında Fransanın Deutsche Telekom France SAS telekommunikasiya şirkətində icraçı direktor vəzifəsində çalışan cənab Bekers, 2007-ci ildə Makedoniyanın “Makedonski telekom” telekommunikasiya şirkətinə baş icraçı direktor təyin edilib.

O, 2016-cı ildə Bakcell şirkətinə gəlməzdən öncə 2013-2016-cı illər arasında Deutsche Telekom Romania şirkətində baş icraçı direktor səlahiyyətlərini icra edərək bir neçə genişmiqyaslı layihələr vasitəsi ilə şirkətin telekommunikasiya sektorunda təqdim etdiyi xidmət və məhsulların keyfiyyətini yeni, daha təkmil mərhələyə qaldırılmasını təmin edib.

Cənab Bekers Köln Universitetlərindən bakalavr və MBA, Stendford Universitetindən isə MBA dərəcəsinə malikdir. O, eyni zamanda Fransa-Almaniya ticarət palatasının idarə heyətinin və digər bir çox nüfuzlu təşkilatların üzvüdür.