Opera Mini

Bakcell yeni Opera Mini mövsümünü açıq elan edir!

Opera Mini-ni aktivləşdirin və ən sərfəli qiymətlərlə 3G Sür@-li limitsiz İnternet gəzintisini reallaşdırın. Opera Mini brauzerini yükləmək üçün lütfən www.opera.com və ya m.opera.com saytlarına daxil olun.

Siz Opera Mini ilə 24+ saatlıq və yaxud 1 aylıq limitsiz İnterneti aktivləşdirə bilərsiniz.

Qiymət AZN İstifadə müddəti
Opera Mini
24+ saatlıq
0.25 24+ saat
Opera Mini
1 ay
2.5 30 gün

Bütün qiymətlərə ƏDV daxildir.

  • Opera Mini ilə 24+saatlıq limitsiz İnternet xidmətini aktivləşdirmək üçün star164hash1hashcall yığın və yaxud “1” yazıb SMS vasitəsilə 6464 qısa nömrəsinə göndərin;
  • Opera Mini ilə 1 aylıq limitsiz İnternet xidmətini aktivləşdirmək üçün star164hash30hashcall yığın və yaxud “30” yazıb SMS vasitəsilə 6464 qısa nömrəsinə göndərin.

Qeyd:

  • Limitsiz İnternetdən pulsuz faydalanmaq yalnız Opera Mini brauzeri vasitəsilə mümkündür;
  • Opera Mini ilə həyata keçirilən yükləmələr, video izləmə, audio dinləmə Sizin tarif planınıza müvafiq olaraq hesablanacaq;
  • Bu xidmətdə ani mesajların çatdırılması nəzərdə tutulmur;
  • Opera Mini ilə limitsiz İnternet xidmətindən Data Kart-lar üçün nəzərdə tutulan SİM kartlarda istifadə etmək mümkün deyil;
  • Opera Mini ilə 24+ saatlıq limitsiz İnternet xidmətinin istifadə müddəti 36 saata qədərdir. Bu paket hər gecə, saat 00:00-da avtomatik olaraq yenilənir. Hər dəfə paket yeniləndikdən sonra balansınızdan müvafiq məbləğ çıxılacaq;
  • BlackBerry paketlərindən istifadə edən abunəçilər bu xidmətdən yararlana bilməzlər;
  • Müvafiq paketlə bağlı məlumat əldə etmək üçün star164hash559hashcall yığın və yaxud “559” yazıb SMS vasitəsilə 6464 qısa nömrəsinə göndərin;
  • Ətraflı məlumat üçün star164hashcall yığın və yaxud 6464 qısa nömrəsinə boş SMS göndərin;
  • Xidməti deaktivasiya etmək üçün star164hash0hashcall yığın və ya “0” yazıb SMS-lə 6464 qısa nömrəsinə göndərin;

Pulunuza qənaət

Opera Mini brauzeri - İnterneti dolaşmaq üçün ən ağıllı seçimdir. Mobil telefonunuzda və ya planşetinizdə İnternetdən istifadə edərkən Opera Mini məlumatların həcmini maksimal dərəcədə sıxır. Bununla da Siz trafikinizə sərf etdiyiniz pula qənaət edəcəksiniz. Opera Mini digər brauzerlərdən fərqli olaraq trafikin ümumi həcminin cəmi 10% faizindən istifadə edir.

Qısa zamanda daha çox səhifəyə baxış

İnternet Sizin telefonunuzda heç vaxt bu qədər sürətli olmayıb. Məlumatların sıxılması və sürətli təsvir mexanizmi sayəsində Opera Mini digər brauzerlərdən fərqli olaraq İnternet səhifələrini daha tez açır və vaxtınıza qənaət edir.

Sevimli saytlarınıza sürətli keçid

Sevimli İnternet saytlarınızı Opera Mini brauzerinin Ekspres-panelində yerləşdirin və sonra istədiyiniz zaman sadəcə bir toxunuşla onlara daxil olun. Siz həmçinin bu paneli Opera Link vasitəsilə evinizdə olan kompüterlə sinxronlaşdıra bilərsiniz.

Maksimal görüntü

Opera Mini brauzerinin tam ekranlı rejimi vasitəsi ilə İnternet səhifələrinə baxmaq üçün telefonunuzun və ya planşetinizin ekranında olan hər pikseldən istifadə edin. Brauzerin panelinin gizlədilədilməsi sayəsində Siz ekranınızda İnternet səhifəni daha geniş formatda nəzərdən keçirə bilərsiniz.


Tarif kalkulyatoru