Orxan Abbasov

İki ay əvvəl proqramda iştirak üçün seçilən 22 gəncdən biri oldum və buna çox sevindim. İlk olaraq bu proqramın mənə nə verəcəyi barədə düşünürdüm.

Əvvəllər işlərimi gec görürdüm və boş vaxtım olduqda onu dincəlməyə sərf edirdim. İndi isə işdənkənar vaxtlarımı kitab oxumağa həsr edirəm- nəhayət öz üzərimdə işləməyin düzgün yolunu oyrəndim. Əvvəllər bəlkədə yaşımın az olduğundan öz gələcəyim barədə az düşünürdüm. İndi isə gələcək illər üçün planlar qururam. Mənim təcrübəm Marketinq departamentində keçdi.İlk fikrim o idi ki, bu sahə genişdir və mənim biliklərim çox azdır, bacarmaram. Lakin artıq iki ay müddətində mən böyük əhəmiyyətli layihəyə başlaya bildim. Əlbəttə, bu layihə tək mənim əməyim deyil, mənim mentorumdan bu layihə boyu görduyum dəstək və kömək hazırda layihənin ərsəyə çıxmasına birbaşa səbəbdir. İki ay çox tez keçdi. Amma əminəm ki, əldə etdiyim biliklər, yeni tanışlar və təcrübəni başqa yerdə əldə edə bilməzdim. Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell şirkəti sözün əsl mənasında böyük şirkətdir. Bu böyüklukdə şirkətdə aldığım təcrübə bu yay mövsümünü mənim ömrümün ən mənalı və dəyərli yayına çevirdi. Smart Start layihəsi üçün Bakcell şirkətinə minnətdaram.

Çox qısa zaman ərzində marketinq mühitinə qoşuldum və ümüdvaram ki, mənim əməyim loyallıq bölməsinin məhsulu olan Ulduzum proqramına az olsa da xeyir gətirdi. İki ay ərzində özüm və şirkət barədə anladığım bir neçə məqamı vurğulamaq istərdim: İlk olaraq mənim sadəcə 18 yaşım var və təcrübənin ilk günlərindən özümə qarşı tam peşəkar yanaşma gördükdə bir balaca xoş təəcübləndim. “Hər işçinin öz dəyəri var”- bunu mən layihənin ərsəyə qətirilmə prosesində anladım. Əvvəllər düşünürdüm ki, layihə yaratmaq asan bir işdir. İndi isə bunun necə çətin və əziyyətli iş olduğunun şahidi oldum. Anladığım əsas məqamlardan digəri də odur ki, mən öz gələcəyimi marketinq işinə bağlamaq qərarına gəlmişəm.