Orxan Bayramov

21 yaşım var. Bakı Dovlət Univesitetinin məzunuyam. Təhsilimi başa vurduqdan sonra işləmək qərarına gəldim. Bakcell şirkətinin ”Smart Start” programında iştirak üçün muraciət etdim və test keçməyə dəvət olundum. Testlərdə müsbət nəticə əldə etdiyim üçün Müştəri Xidmətləri şöbəsinə musahibəyə cağırıldım.

”Smart Start“ proqramına qoşulmaqda məqsədim praktiki biliklər və iş təcrubəsi əldə etmək idi.

Təcrübə programı 2 ay müddətinə nəzərdə tutulmuşdu. Bu program çərçivəsində iştirakçılara mobil rabitə haqqında ümumi biliklər verildi. Daha sonra isə sırf Bakcell şirkətinə aid olan məhsullar, tariflər, xidmətlər və kampaniyalar barədə öyrəndik. Nəzəri bilik əldə etdikdən sonra Məlumat Mərkəzinə daxil olan zənglərin necə cavablandırılması işi ilə tanış olmağa başladıq.

Bu proqram zamanı cox lazımlı və dəyərli təcrübə qazandım və yeni biliklər əldə etdim. Gələcək

karyeram üçün bu proqram yaxşı bir başlanğıc oldu. ”Smart Srart” proqramının iştirakcısı olduğum üçün cox şadam. Bizə köməklik göstərən və üzərimizdə əməyi olan hər bir kəsə təşəkkür edirəm.