Orxan Mustafa

Yeni məzun olmuş bir çox gənc kimi, mənim üçün də rəqabətin böyük olduğu peşəkar iş dünyasında iş həyatıma başlamaq və düzgün olan yolu seçmək çox çətin idi. Düşünürəm ki, Azərbaycanın ən böyük şirkətlərindən biri olan Bakcell-in təşkil etdiyi "Smart Start" proqramını seçməyim karyera həyatımda mümkün ola biləcək ən gözəl başlanğıc oldu.

İlk növbətə təcrübə proqramı mənə Bakcell-in peşəkar həyatı və dəyərləri ilə yaxından tanış olmağıma şans qazandırdı.

Təcrübə proqramı dövründə keçirilən bir çox təlimlər biliklərimi artırmağa və həmçinin yeni biliklər qazanmağıma kömək oldu.

"Smart Start" proqramı peşəkar iş mühiti ilə tanış olmağıma və praktiki təcrübə qazanmağıma şans yaratdı. Böyük və peşəkar komandada işləmək və komanda dəyərlərinin nə olduğunu öyrənmək mənim üçün böyük təcrübə oldu.

"Smart Start" mənə praktiki qabiliyyətlərimi inkişaf etdirməyə, gələcək karyera yolumu seçməyə və istəklərimi müəyyənləşdirməyə kömək etdi.