Pavel Tağıyev

20 yaşım var. Bakcell şirkətində Test etmə şöbəsinin təcrübəçisi olmuşam. Dostlarım proqram barədə internetdən məlumat tapıb onu mənə məsləhət gördülər. Bilik və bacarıqlarımı sınamaq qərarına gəldim və ərizə formasını doldurub şirkətə göndərdim.Cavabı səbirlə gözləmək qalırdı. Nəhayət ki, çoxdan gözlənilən zəng gəldi və müsahibəyə dəvət aldım. Müsahibə qeyri-adi formatda keçirildi. Çox şən idi və hamının çox xoşuna gəldi. Belə oldu ki, mən müsahibəyə yaxşı dostumla, eyni yerə və eyni saatda düşdüm.Hər ikimiz müsabiqənin bütün mərhələlərindən uğurla keçidikdən sonra xoş təsadüfün davamlı olmağı nəticəsində ikimiz də eyni şöbəyə düşdük.
Mən bu proqramdan böyük komandada iş təcrübəsini gözləyirdim. Öz çiyinlərində məsuliyyəti daşımağın nə olduğunu bilmək istəyirdim. Mənim proqramdan bütün gözləntilərim özünü tam şəkildə doğrultdu. İş saatlarında boş oturmağa vaxt yox idi. Bizə verilən bütün işləri məmnuniyyətlə yerinə yetirirdik. Suallar yarandıqda biz həmişə iş yoldaşlarımızdan kömək istəyə bilərdik. Onlar da həmişə suallarımıza cavab verirdilər və üstəlik tort , konfet və digər şirniyyatlarını da bizimlə paylaşırdılar. Kollektivimiz çox mehriban idi və gözəl yumor hissinə malik idi. Bizə bir neçə vacib təlimlər keçirildi.Bundan əlavə mən özümə çox yaxşı dostlar qazandım. Biz birlikdə vaxtımızı çox faydalı və şən keçirirdik. Ümid edirəm ki, dostluğumuz proqram bitdikdən sonra uzun müddət davam edəcək.