Qiymətlər və ölkələr

Xarici səfərləriniz zamanı rouminq qiymətləri haqqında məlumat əldə etmək üçün lütfən getmək istədiyiniz ölkənin adını daxil edin:

Qeyd

  • Rouminqdə daxil olan SMS-lər PULSUZDUR.
  • Zəngin tarifikasiya müddəti 1 dəqiqədir.
  • İnternetin tarifikasiyası 40 kb təşkil edir.
  • Rouminqdə olarkən nömrənizdən çıxan zənglərə aiddir: Azərbaycana edilən zənglər, hazırda mövcud olduğunuz xarici ölkənin istənilən nömrəsinə edilən zənglər, müxtəlif xaricə ölkəyə edilən zənglər.
  • Bütün qiymətlər AZN ilə göstərilib və ƏDV daxildir.
  • Nəzərə alın ki, xarici ölkələrdə göstərilən mobil rabitə xidmətlərinin qiyməti milli valyutamız olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinə görə fərqlənə bilər. Lütfən səfərə çıxmazdan əvvəl rouminq xidmət haqlarını dəqiqləşdirin.

*Sonradan ödəniş sistemində olan abunəçilər həm zəng edə, həm də daxil olan zəngləri qəbul edə bilər. Öncədən ödəniş sistemində olan abunəçilər ancaq daxil olan zəngləri qəbul edə bilərlər.

Türkiyənin № 7186 §23 qanunvericiliyinə uyğun olaraq, rouminqdə daima internetdən istifadə edən abunəçilər Türkiyənin mobil operator şəbəkələrində qadağan ediləcək. Rouminqdə daima internetdən istifadə edən abunəçilər bu qaydada təsbit edilir: eyni IMEI kodu ilə 91 gün (ümumi olaraq) ərzində və ya şəbəkədə 120 gündən çox müddətdə rouminq xidmətlərindən (səs xidmətləri istifadəçilərindən başqa) istifadə edən abunəçilər. Lütfən müvafiq abunəçilərinizin diqqətinə çatdırın ki, IMEI kod daxil olmaqla istənilən məhsul (m2m və s.) IMEI kodların siyahısı təqdim edilməklə Türkiyənin gömrük proseduralarından keçərkən qeydiyyatdan keçməlidir. Bu gömrük proseduralarını keçməyənlər üçün Türkiyənin 7186 §24 qanunvericiliyi əlavə qeydiyyat imkanı təqdim edir. Belə ki, abunəçilər https://www.turkiye.gov.tr/btk-uluslararasi-daimi-veri-dolasimi səhifəsinə daxil olaraq 250 TL rüsum ödəməklə cihazı qeydiyyatdan keçirə bilərlər, əks təqdirdə cihazlar Türkiyədə “qara siyahı”ya salınacaq və 30 gün ərzində Türkiyənin mobil operator şəbəkələrində blok ediləcək.