QoşaCIN

QoşaCIN tarif paketi - CIN tariflər ailəsinə daxildir və ən əziz insan ilə xüsusi qiymətlə və vaxta qənaət etmədən ünsiyyət saxlamaq üçün gözəl bir fürsətdir.


QoşaCIN tarifinin üstünlükləri:

  • Bu tarif paketinə 2 nömrə daxildir. 1 Nömrənin qiymətinə 2 nömrə təqdim olunur. Nömrələr bir-biri ilə partnyor nömrəsi olaraq əlaqəlidir.
  • Qoşa nömrələr arasında zənglərin 1 dəqiqəsi və 1 SMS-in qiyməti cəmi 1 qəpikdir.
  • QoşaCIN abunəçiləri şəbəkədaxili zənglər üçün 1 il ərzində hər ay 25 bonus dəqiqəsi əldə edirlər (sadəcə balansa hər ay ən azı 2 AZN dəyərində ödəniş kartı yükləyin).
  • Nəhəng SMS paketini əldə etmək. 1000 SMS-lik paket cəmi 2.99 AZN.
  • 1000 SMS-lik paket əldə etmək üçün. star165hash1hashcall yığın. SMS-lər yalnız şəbəkədaxili istifadə edilə bilər və 30 gün müddətində etibarlıdır.
  • 1000 SMS paketi haqda əlavə məlumat əldə etmək üçün 165 qısa nömrəsinə boş SMS göndərin və yaxud star165hashcall yığın.

* Aylıq bonusların istifadə müddəti təqvim ayının sonuna qədərdir. Aylıq bonusu almaq üçün balansa hər ay bir dəfəlik ən azı 2 AZN yüklənməlidir.

QoşaCIN haqqında əlavə məlumat əldə etmək üçün 5502 qısa nömrəsinə boş SMS göndərin.

2012-ci ilin noyabrın 13-dən etibarən QoşaCIN tarifinə qoşulma dayandırılmışdır.

ƏməliyyatDəqiqə/AZN
Şəbəkədaxili zənglər 0.08
Şəbəkəxarici zənglər 0.12
Partnyorlar arası zəng 0.01
SMS ölkədaxili 0.05
Partnyorlar arası SMS 0.01
MMS ölkədaxili 0.08
Balansın yoxlanılması 0.01
Məlumat mərkəzinə zəng 0.02
Beynəlxalq Zənglər
İstənilən xarici ölkəyə zəng 1 dəqiqə 0.32
Beynəlxalq SMS
SMS 0.10
İnternet
İnternetdən istifadə üçün İnternet paket aktivləşdirilməlidir

Bakcell abunəçiləri ölkədaxili bütün mobil operator abunəçilərinə MMS göndərə və onlardan MMS ala bilərlər!

Ölkədaxili SMS xidmətlərinin qiyməti 30 sentyabr2013-cü il tarixindən saat 21:00-dan etibarən 0.04 AZN təşkil edir.

Qiymətlərə 18% ƏDV daxildir. Bütün qiymətlər AZN ilə göstərilib.
*Şəbəkədaxili zənglərin tarfikasiya müddəti – 60 saniyə. QoşaCIN tarifin partnyor nömrələri arasında zənglər üçün tarifikasiya müddəti 60 saniyə təşkil edir. Şəbəkədaxili zənglər üçün verilən 25 bonus dəqiqələri üzrə edilən zəng üçün tarifikasiya müddəti minimum 60 saniyə təşkil edir

Xarici zəngin tarifikasiyası 30 saniyədir
** Pik saatlar - 08:00-dan 24:00-dək.
Qeyri-pik saatlar - 00:00-dan 08:00-dək

SİM kartı aktivləşdirmək üçün:

  • CIN SİM kartını telefona salıb telefonu qoşun
  • Kart üzərindəki PİN 1 bölməsini silin və göstərilən kodu yığın
  • Nömrəni aktivləşdirmək üçün ən azı 1 AZN dəyərində kartı yükləyin (bax Ödəmə üsulları)
  • Bu tarif paketin nömrələri cüt satılır və bir-biri ilə qoşa nömrə kimi əlaqəlidir

QoşaCIN tarifinə digər CIN tariflərdən qoşulma və əksinə:

  • CIN1 tarifinə keçmək üçün star301hashcall yığın. Keçid pulsuzdur. Həftəlik abunəni ödəmək üçün balansınızda 1 AZN olmalıdır.
  • CIN5 tarifinə keçmək üçün star305hashcall yığın. Keçid pulsuzdur. Aylıq abunəni ödəmək üçün balansınızda 5 AZN olmalıdır.
  • ƏlaSAAT tarifinə keçmək üçün star307hashcall yığın (1 AZN).
  • ƏlaGÜN tarifinə keçmək üçün star370hashcall yığın (1 AZN). Keçid ediləndə gündəlik paketi almaq üçün balansınızda əlavə 0.70 AZN olmalıdır.
  • ƏlaAY tarifinə keçmək üçün star317hashcall yığın. Keçid pulsuzdur. Aylıq abunəni ödəmək üçün balansınızda 17 AZN olmalıdır.
  • YeniDoğma tarifinə keçmək üçün star138hash5hashcall yığın (1 AZN).

Qeyd:

  • Qoşa nömrənizi yoxlamaq üçün star109hash3hashcall yığın.
  • Hər bir QoşaCIN tarifinin abunəçisinin yalnız bir qoşa nömrəsi ola bilər.
  • Qoşa nömrənin deaktivasiyası pulsuzdur.
  • Qoşa nömrənin aktivləşdirilməsi haqqında göndərilən sorğu 0.50 AZN təşkil edir.