Riçard Şirer

Riçard Şirer
Direktorlar Şurasının üzvü

Riçard Şirer Bakcell şirkətinin Direktorlar Şurasının üzvüdür. Bundan əvvəl isə o, 2011-2016-cı illərdə Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsini icra edib.

Cənab Şirer telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir və bir çox rəhbər vəzifələrdə çalışıb. Onun təcrübəsi əsasən dünyanın ən rəqabətli bazarlarının simsiz xidmətlər, genişzolaqlı və sabit xətt telefoniya seqmentində telekommunikasiya xidmətlərinin təşkil edilməsi, yeni texnologiyalar və xidmət innovasiyaların tətbiq edilməsində cəmləşib.

Bakcell şirkətinə qoşulmasından əvvəl, Riçard Şirer Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində İdarə Heyətinin üzvü vəzifəsini tutub.

1990-1997-ci illərdə Cənab Şirer ABŞ, Asiya və Avropa ölkələrində fəaliyyət göstərən Cable & Wireless UK, PwC kimi müxtəlif şirkətlərdə çalışıb, 1997-ci ildə isə Malayziyanın DiGiTelecom şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib. 2000-2001-ci illərdə Riçard Şirer, Böyük Britaniyada T-Mobile şirkətinin baş kommersiya direktoru, 2005-ci ildən 2008-ci ilə qədər isə Bolqarıstanın BTC Mobile (Vivatel) şirkətində baş direktor vəzifəsini icra edib.

Cənab Şirer CIMA (Chartered Institute of Management Accountants) üzvüdür, mühasibatlıq və maliyyə sahəsində təhsilə malikdir.