Rəna Almuradlı

Bu yay mən Bakcell Smart Start təcrübə proqramında iştirak etdim. Bu təcrübə proqramına seçilən 22 nəfər iştirakçılardan biri olmaq şansı məni çox sevindirdi.

Bakcell-in Biznes Texnologiyaları departamentində iki ay təcrübə keçdim.

Müxtəlif sahələrdə işləyən mütəxəssislərlə ünsiyyətdə olub onlardan departament və orada gorülən iş haqqında geniş məlumat əldə etdim.

Təcrübə proqramında ilk öncə MS Office-də olan bacarığımı təkmilləşdirdim. Daha sonra SQL, Oracle, QlikView və UltraEdit kimi proqramlarla tanış oldum. Ən çox gördüyüm iş isə müxtəlif hesabatları Excel- də hazırlamaq və kartlara aid olan ləğv və bərpa əməliyyatlarını həyata keçirmək idi. Son iki həftə ərzində isə Sınaqdan keçirmə bölməsinin gördüyü işlər ilə tanış oldum. Sınaqlar üzrə mühəndislər mənə müxtəlif modemlərin və kartların necə sınaqdan keçirildiyini öyrətdilər.

Bakcell şirkətinin Smart Start proqramı mənə bütövlüklə ofis işini göstərdi. Gələcəkdə lazım olacaq yeni məlumat və biliklər əldə etdim, hansı sahələrdə işləmək istədiyimi başa düşdüm və öz üzərimdə işlədim. Bundan əlavə, cox yaxşı insanlarla tanış oldum, yeni dostlar əldə etdim, müxtəlif fəaliyyətlərə qatıldım. Ümid edirəm ki, bütün təcrübəçilər Bakcell- in Smart Start proqramı sayəsində gələcəyə doğru inamlı addımlarla irəli gedəcəklər! Bu cür proqramların savadlı və iddialı tələbələrə təcrübə qazanmaq ücün gözəl bir şans olduğuna əminəm və üzərimizdə əməyi olan hər bir insana təşəkkür edirəm.