Rüstəm Abdullayev

Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsiyəm. İndiki zamanda universiteti bitirən tələbələr iş axtarışına başlayanda bütün şirkətlər və dövlət qurumlarının ən azı 1-2 il təcrübə tələb etməsi ilə qarşılaşırlar. Tələbə üçün isə ali təhsilsiz ixtisas üzrə işə düzəlmək demək olar ki, qeyri- realdır.
Azərbaycanın ilk və sevilən telekommunikasiya şirkətlərindən biri olan Bakcell-in “Smart Start” proqramı bütün tələbələr və məzunlar üçün təcrübə almaq imkanı yaradır. “Smart Start” proqramının məzunlarından biri olmaq mənim də bəxtimə düşdü və bu mənim həyatımda çox vacib bir sınağa çevrildi.
Öncə onu qeyd edim ki, karyerada yüksək zirvələrə nail olmaq üçün komandanın ruhu çox vacib rol oynayır. Təcrübə proqramı müddətində mənə böyük kömək olan komanda rəhbərim və həmkarlarım belə bir atmosferi yarada bildilər və bu mənim üçün çox faydalı oldu. Bakcell kimi böyük bir şirkətdə işləmək həddindən artıq maraqlı idi, çünki hər gün hamının istifadə etdiyi mobil telefonun necə zəng vurması, sms göndərilməsi, internetdən istifadə kimi xidmətləri “mətbəxdən” görə və tədqiq edə bildim.
Əminliklə deyə bilərəm ki, bu şirkətdə çalışdığım iki ay müddətində mən yeni professional bacarıqlar əldə etdim, yeni insanlarla tanış oldum, böyük və mehriban komandanın bir hissəsi olmaq şansını qazandım. Beləliklə, mən bu təcrübə proqramı ərzində həm peşəkar, həm də bir şəxsiyyət kimi daha da inkişaf edib püxtələşdim.
Mən gələcəkdə çiçəklənən karyeraya doğru addım atmaq istəyən gənclərə əminliklə Bakcell şirkətinin “Smart Start” tələbə təcrübə ptoqramına qatılmağı tövsiyə edirəm.