Təhlükəsiz İnternet

İnterneti övladlarınız üçün təhlükəsiz edin!

Bakcell və Enginet övladlarınızın gələcəyini düşünür və onların sağlam və dolğun maariflənməsi üçün, arzuolunmaz saytlara daxil olmaqdan qoruyaraq “Təhlükəsiz İnternet” xidmətini təqdim edir. Artıq valideynlərin nəzarəti olmadan uşaqlar rahatlıqla İnternetə daxil ola bilərlər.

Aylıq trafik

10 GB

Aylıq abunə

10 AZN

Aktivləşdirmək

*134#10#YES

Bütün qiymətlərə ƏDV daxildir.

“Təhlükəsiz İnternet” xidməti Bakcell və Enginet tərəfindən birgə təqdim edilir. Ölkəmizin 500-dən çox məktəbi artıq “Təhlükəsiz İnternet” şəbəkəsinə qoşulub. İndi təhlükəsiz İnternet evinizə daxil olur. Siz “Təhlükəsiz İnternet” paketini istənilən cihazda: mobil telefonda, planşetdə, kompüterdə istifadə edə bilərsiniz.

“Təhlükəsiz İnternet” xidməti məlumatları süzgəc sistemindən keçirir və övladlarınızı

  • Mənəviyyatsız,
  • Narkotik təbliğ edən,
  • Terrorizm və zorakılığı yayan,
  • İrqi və dini ayrıseçkiliyi dəstəkləyən saytlardan qoruyacaq.

Qeyd

  • Aylıq trafik 10 GB limitini keçdikdə İnternetdən əlavə istifadəyə görə hər 1MB üçün 0.05AZN xidmət haqqı tutulacaq.
  • Təhlükəsiz İnternet xidməti bütün günü, uşaqların aktiv olduğu zaman yüksək sürətlə təqdim edilir. Yalnız axşam saat 22:00-dan gecə 02:00 qədər İnternetin sürəti 128 kbps enir.
  • Paketi deaktivasiya etmək üçün *134#0#YES yığın.
  • Təhlükəsiz İnternet paketi 4G LTE şəbəkəsini dəstəkləyir. Bunun üçün sadəcə mobil cihazınızın “Network Settings” (Şəbəkə ayarları) bölümünə daxil olub APN-ə safeinternet.bakcell.com sözünü yazın.