Samir Paşayev

Mən, Paşayev Samir, Mançester Universitetinin ikinci kurs tələbəsiyəm. Bir gənc olaraq yeniliklər axtarmağa, bilik toplamağa, maraqlı və perspektivli lahiyələrə qatılmağa mümkün qədər can atıram. Bakcell şirkətinin təşkil etdiyi Smart Start proqramı qatıldığım lahiyələrdən ən maraqlısı oldu. Təcrübə proqramında iştirakdan uğurlu karyera qurulmasını, kollektivdə işləməyi, iş muhitində yaranan problemlərin həll olunma yollarını öyrənəcəyimi gözləyirdim. Smart Start təcrübə proqramı gözlədiyimdən də faydalı və şən keçdi.

Artıq müsahibə zamanı şirkətin xoş, işgüzar abu-havasını hiss etdim. Mənim fikrimcə məhz belə bir atmosfer yaratmaqla, işçilər arasında sağlam əlaqələr qurmaqla bütöv şirkətin işini asanlaşdırmaq, iş keyfiyyətini artırmaq və xoş, işini sevərək görən kollektiv əldə etmək olar. Bunları anlayıb özüm də bu böyük ailənin bir hissəsi olmaq istədim, bu abu-havada iş təcrübəsi almaq, yeni biliklərə yiyələnməyi arzuladım. Bu imkanın mənə verilməsinə görə özümü çox şanslı hiss edirəm.

Proqrama qəbul olunan 22 gəncin sırasına düşdükdən sonra dərhal təlimlərdə iştirak etməyə başladım. Burada bizə karyeramızı doğru və daha effektiv başlamaq üçün zəruri olan məlumatı verdilər, hər bir karyeranın qurulmasında əsas, fundamental rol oynayan konseptlərə diqqətimizi yönəltdilər. Bu təlimlər zamanı mən yeni insanlarla tanış oldum, onlarla şən və faydalı vaxt keçirdim. Bu gənclərlə birlikdə daha ünsiyyətçil və kollektiv içində aktiv olmağı öyrəndim. Bunların hamısı “Smart Start”-ın mənə qazandırdıqlarıdır.

Təlimlərdən sonra Xidmət mərkəzlərinin birində təcrübəyə başladım. Təlimləri uğurla yekunlaşdırdığıma baxmayaraq ilk 2 günüm çətin keçdi. Mühitə, ofisə, iş rejiminə, yeni insanlara uyğunlaşmaq bir az zaman tələb etdi. Müştərilərlə işi tam rahat görməyi qısa zamanda oyrəndim və nəticədə bun işdən zövq almağa başladım. İş zamanı yaranan problemlər mənim marağımı tez bir zamanda cəlb etdi. Bu yaranan və tez bir zamanda həll olunmalı məsələlərin öhtəsindən gəlməyi ozüm üçün məqsəd qoydum. Ofisdə işlədiyim müddət ərzində məqsədimə nail olduğumu düşünürəm. İşçilərlə çox münasib və xoş əlaqə qurmağa nail oldum. Onlar hər zaman faydalı biliklərlə bölüşür, iş zamanı yaranan suallarıma məmnuniyyətlə cavab verirdilər. Qısa zamanda mən özümü bir ailə üzvü kimi hiss edirdim. Bu xoş anlara görə onlara böyük minnətdarlığımı bildirirəm.

Bu yay yaşadığım xoş anlara və digərləri ilə bu anları paylaşmaq imkanına malik olmağıma görə Bakcell-in Smart Start lahiyəsi üzərində çalışanlara təşəkkür etmək istərdim. Ümid edirəm ki, yaxın gələcəkdədə Bakcell şirkəti öz lahiyə və proqramları ilə perspektivli gənclərə böyük imkanlar yaradacaq.