Save the Children

"Teatr vasitəsilə Sağlam Təşəbbüslər" (HIP) proqramı çərçivəsində məktəblərdə kukla tamaşaları vasitəsilə uşaqlarda tolerantlıq, müstəqil qərar qəbul etmə və məsuliyyətli davranış keyfiyyətləri aşılanır.

HIP Mərhələ I (Sentyabr 2009 - Sentyabr 2010) Bakı, Sumqayıt, Qaradağ və Şüvəlanda yerləşən 5 sınaq məktəbdə kukla tamaşaları təşkil edilmişdir. Proqramın təsirini daha da gücləndirmək məqsədilə, tamaşalarla yanaşı Bakının sınaq məktəblərinin və internatların müəllimləri üçün interaktiv dərs metodologiyası üzrə təlimlər təşkil edilmişdir. 2010-cu ilin aprel ayında Bakcell şirkəti Uşaqların Xilası təşkilatı ilə birlikdə Azərbaycan Dövlət Filarmoniyasında uşaqlar üçün böyuk bir tədbir keçirdi. Tədbirdən sonra Uşaqların Xilası təşkilatının layihəsinin davam etdirilməsinə dəstək olaraq Bakcell abunəçiləri arasında SMS Kampaniyası başlandı. 1155 qısa nömrəsindən gələn sms-ə cavab verməklə hər bir Bakcell abunəçisi kampaniyaya 1 AZN hədiyyə etmiş oldu və nəticədə 55,000 AZN məbləğində vəsait toplandı.

HIP Mərhələ II (Oktyabr 2010 - Dekabr 2011) – HIP I mərhələsinin müvəffəqiyyətləri və proqram

iştirakçılarının, onların valideyinləri və müəllimlərin müsbət rəylərinə istinad edərək, Save the Children və Bakcell şirkəti proqramın əhatə dairəsini Azərbaycanın regionlarındakı məktəblərinə qədər genişləndirdilər. Save the Children-in kukla aktyorları Azərbaycanın 20 rayonuna (Quba, Qusar, Xaçmaz, Xudat, Dəvəçi, Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu, Göyçay, Şəki, Oğuz, Qax, Zaqatala, Bəlakən, Gəncə, Samux, Göy-göl, Mingəçevir, Yevlax) səyahət edərək, məktəblilərə tolerantlıq, əməkdaşlıq,

Xaçmaz TV - Uşaqların Tolerantlıq Təhsili Layihəsi

sağlam həyat, problemlərin həll edilməsi, effektiv ünsiyyət, faydalı vətəndaşlıq, müstəqil qərar qəbul etmə və həyat bacarıqları kimi mövzularda maarifləndirici tamaşalar nümayiş etdirib, eləcə də seçilmiş müəllim qrupları ilə uşaqların ifasında maarifləndirici tamaşaların səhnələşdirilməsi üçün müvafiq iş aparıblar.

Uşaqların Xilası təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olur. Təşkilat 1993-cü ildən bəri Azərbaycanda 1 millyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə, qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar həyata keçirir.

Inkişaf Naminə Idman

30.04.2014

Inkişaf Naminə Idman” İB 3 dekabr 2013 il tarixindən etibarən Bakcell şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramının dəstəyi ilə ““Bərabər imkanlar və inklyuziyaya aparan yol” adlı layihənin icrasına başlayır. Layihənin məqsədi əlilliyi olan 14-18 yaşlı uşaqların və onların valideynlərinin öz hüquqları üzrə maarifləndirilməsi, cəmiyyətdə əlilliyə qarşı formalaşmış stereotiplərin dəyişdirilməsi və bu uşaqların gələcəkdə işlə təmin olunmasına dəstək verə biləcək bilik və bacarıqların təlimlər vasitəsi ilə onlara aşılanmasından ibarətdir. Layihə 8 ay müddətində həyata keçiriləcək.

Layihə çərçivəsində Bakcell əlilliyi olan 20 nəfər uşağın ehtiyaclarına uyğunlaşdırılmış yardımçı komputer avadanlığını Azərbaycana gətirəcək. Avadanlıq əlilliyi olan uşaqlarla işləyən təşkilatlara veriləcək.

Əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasını təmin etmək istiqamətində məşqulluq böyük əhəmiyyət kəsb edir. Bu sahədə Azərbaycan hökumətinin son illər apardığı islahatlar və həyata keçirdiyi layihələrə baxmayaraq məşqulluq məsələsi hələ də əsas problemlərdən biri olaraq qalmaqdadır. “Bərabər İmkanlar və İnklyuziyaya aparan Yol” layihəsi də məhz bu problemin həllinə yönəlmiş təşəbbüslərdən biridir.