Wi-Fi Evinizdə
Heç bir naqil yaxud kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən evinizdə olan bütün cihazları yüksəksürətli İnternetlə təmin etmək artıq mümkündür!
Yeni Bakcell Wi-Fi modemlə evinizi tam internetləşdirə bilərsiniz. Bu modem sayəsində 32 cihazı (mobil telefonları, planşetləri, televizorları, kompyuterləri və s. simsiz İnternetə qoşulması olan cihazlar) eyni anda asanlıqla İnternetə qoşa bilərsiniz. Sadəcə super-modemə qoşulmaq üçün cihazda Wi-Fi funksiyası olmalıdır. Bakcell-in yeni xidməti ilə aşağı sürətli ADSL İnternetini unudun! Bizim Wi-Fi Evinizdə paketlərinin sürəti 5 Mbps-dən başlayır.
Xidmətin qoşulması
Wi-Fi Evinizdə xidmətinin qoşulması üçün Bakcell şirkətinin satış agentinə 100 AZN ödənilir və
- Wi-Fi Evinizdə modemi, istifadə üçün PULSUZ təqdim edilir;
- 4 ay müddətinə Wi-Fi Evinizdə 2 paketi (60 GB + Limitsiz Facebook + Limitsiz Instagram) PULSUZ təqdim edilir;
- Xüsusi İnternet SİM kartı PULSUZ təqdim edilir.
| Paketin adı | Paketin həcmi | Sürət | Əlavə üstünlüklər | İstifadə müddəti | Qiymət |
|---|---|---|---|---|---|
| Wi-Fi Evinizdə 1 | 30 GB | 5 Mbps | 1 ay | 15 AZN | |
| Wi-Fi Evinizdə 2 | 60 GB | 10 Mbps | Limitsiz Facebook+Instagram | 1 ay | 25 AZN |
| Wi-Fi Evinizdə 3 | 90 GB | 15 Mbps | Limitsiz gecələr (01:00 – 07:00) | 1 ay | 35 AZN |
| Wi-Fi Evinizdə 4 | 120 GB | 25 Mbps | Limitsiz həftəsonu(şənbə - bazar) | 1 ay | 45 AZN |
Bütün qiymətlərə ƏDV daxildir.
- Ay ərzində pulsuz təqdim olunan paket bitərsə, istənilən paket aktivləşdirilə bilər.
- 4 aylıq pulsuz müddət keçdikdən sonra, istənilən paket aktivləşdirilə bilər.
- Cihazı almaq və paketləri aktivləşdirmək üçün 555 nömrəsinə zəng edin.
- Qoşduğunuz paketi dəyişmək istədikdə, yaxud cari paketinizi yeniləyəndə və ya digər paketi qoşduqda, balansda olan trafik yenisinin üzərinə əlavə ediləcək və istifadə müddəti yenilənəcək.
- Wi-Fi Evinizdə xidməti Bakcell 4G LTE şəbəkəsinin olduğu yerlərdə işləyir.
- Xüsusi İnternet SİM kartı yalnız İnternet üçün istifadə edilə bilər.
- Wi-Fi Evinizdə modemi yalnız istifadə üçün təqdim edilir. Əgər xidmətdən istifadə edilməzsə, Bakcell həmin modemi geri tələb edə bilər.
- Wi-Fi Evinizdə modemi fiziki zərər görərsə, alıcı modemin tam qiymətini (164 AZN) Bakcell şirkətinə ödəməlidir.
