SMS2EMAIL

Bakcell abunəçiləri SMS-lə istənilən elektron poçt ünvanına mətn mesajları göndərə bilərlər.

Bu xidmətdən yararlanmaq üçün abunəçi aşağıda göstərilən qaydada SMS mesajını tərtib etməlidir:

{elektron ünvan}{boşluq}{mətn}

Nümunə:

name@domain.com Salam, gəl saat 10:30-da görüşək

Abunəçi həmçinin elektron məktubunun mövzusunu da qeyd edə bilər:

{elektron ünvan}{boşluq}.{mövzu}.{boşluq}{mətn}

Nümunə:

name@domain.com . Görüş . Salam, gəl saat 10:30-da görüşək

SMS 9000 qısa nömrəsinə göndərilməlidir.

Bütün mesajlar +99455XXXXXXX@sms2email.bakcell.com elektron ünvanından gələcək, burada XXXXXXX – Sizin mobil telefon nömrənizdir.

Nümunə:

Kimdən: +99455XXXXXXX@sms2email.bakcell.com

Mövzu: Görüş

Mətn: Salam, gəl saat 10:30-da görüşək

Mesajın mətni (e-mail ünvanı, başlıq və mətn daxil olmaqla) 160 işarədən çox olmamalıdır.

9000 qısa nömrəsinə hər göndərilən mesajın qiyməti:

  • SMS mesajının 9000 qısa nömrəsinə göndərilmə dəyəri 9 qəpikdir.

Göstərilən qiymətlərə 18 % ƏDV daxildir.