SOS Uşaq Kəndləri

2009-cu ilin iyul ayında Bakcell şirkəti “SOS Uşaq Kəndləri” ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən uşaqların istedad və potensialını inkişaf etdirmək üçün xor dərnəyi yaradılıb və uşaqlar peşakar müəllim tərəfindən nəğmə dərsləri alıblar. Sentyabrın 20-də “Bakcell Stars” uşaq xorunun çıxışi ilə möhtəşəm bir tədbir təşkil edib. Tədbirdən sonra Bakcell öz abunəçiləri arasında “SOS Uşaq Kəndləri”nin layihəsinin genişləndirilməsini dəstəkləmək üçün SMS kampaniyası keçirib. SMS kampaniyası nəticəsində “SOS Uşaq Kəndləri”-nin təhsil layihələrini dəstəkləmək üçün Bakcell abunəçilərindən və fərdi donor təşkilatlardan 45 000 manat toplanıb.

SOS Uşaq Kəndləri 2000-ci ilin noyabr ayından Azərbaycanda fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı “Hər bir uşağa sevgi dolu bir ev” olan SOS Təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.

Video

Bakcell stars: "Böyük çek"-Space TV

Bakcell stars SOS uşaq kəndləri ilə birgə "Uşaqları Sülhə Səsləyir"

Bakcell-in dəstəyi ilə SOS Uşaq kəndləri Yeni ili qeyd edir

Baku

Ganja