Tamilla Hüseynova

İyirmi yaşım var. Hal-hazırda Azərbaycan Kooperasiya Universitetinin 4-cü kurs tələbəsiyəm. İxtisasım ingilis-rus dilləri üzrə tərcüməçidir. Buna baxmayaraq, müxtəlif sahələrdə özümü sınamaq fikrim var. Bakcell şirkətində təcrübə keçmək üçün müraciət etməyimin ən əsas səbəblərindən biri də elə budur.

İlk öncə müsahibələrdən keçdim, sonra Müştəri Xidmətləri şöbəsinin Məlumat Mərkəzi bölməsinə qəbul olundum və sözün əsl mənasında dərin bilgilər əldə etdim. Bundan əvvəl mobil rabitə haqqında bildiklərim çox az idi.

Təcrübə zamanı sadəcə Bakcell haqqında deyil, ümumiyyətlə mobil rabitə aləmi ilə yaxından tanış olmaq, telekommunikasiya sahəsində daha dəqiq və geniş məlumatlar əldə etmək imkanım oldu. İlk ay çox oxudum və öyrəndim. Bir müddət sonra əldə etdiyim bilikləri tətbiq etməyə başladım. Operator işləməyin nə olduğunu və əslində göründüyu kimi asan bir iş olmadığını dərk etdim. Müxtəlif insanlarla təmasda olmaq, onların hər bir suallarını cavablandırmaq sözün əsl mənasında büyük səbr, diqqət, yaddaş və bacarıq tələb edir.

Proqrama qatıldığım ilk gəldiyim gün və bu gün arasında fərqlər əlbəttə çoxdur. Telekommunikasiya sahəsində dəyərli biliklər əldə etdim, iş mühiti və aləmi ilə tanış oldum və gözləntilərim ilə əldə etdiklərim üst-üstə gəldi. Çox səmimi mühit və eyni zamanda ciddilik bir birini tamamlaya bilir. Mən Bakcell-də təcrübə zamanı bunu anladım və bu çox gözəl amildir.

Çoxsaylı müraciət edənlər arasından seçilən təcrübəçilərdən biri olmaq çox gözəl duyğudur.Bizim üstümüzdə təcrübə boyu əziyyət çəkən əməkdaşlara dərin təşəkkürümü bildirirəm. Onlar dərsləri sırf dərs olaraq deyil, böyük ürək və zəhmət qoyaraq keçirdilər.Biz özümüzü digər işçilərdən fərqli hiss etmirdik, bu da çox şox bir hissdir. Bütövlükdə Bakcell şirkətinə yaradılan gözəl şərait üçün minnətdarlığımı bildirirəm.