download bakcell application logo
Yeni Bakcell tətbiqi.

İndi yüklə!

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    XİDMƏTLƏR
    Hamısı sizin rahatlığınız üçün
    Bakcell-in vahid ödəmə kartları
    Bütün CIN, Klass və Business abunəçiləri vahid ödəmə kartlarından istifadə edərək balanslarını artıra bilər. Ölkə ərazisində əksər satış nöqtələrindən əldə oluna biləcək vahid ödəmə kartları müxtəlif dəyərlərdə və etibarlıq müddətindədir:
    Ödəmə kartının nominal qiyməti
    1 ₼
    2 ₼
    3 ₼
    5 ₼
    10 ₼
    20 ₼
    Etibarlılıq müddəti (yükləndiyi gündən etibarən)
    4 gün
    10 gün
    20 gün
    30 gün
    50 gün
    60 gün
    Vahid ödəmə kartı ilə balansın artırılması
    • Kartın üzərindəki şifrə panelini silin, *101#, sonra 15 rəqəmli şifrəni daxil edin və #yes düyməsini yığın. Balansınızın artırılması təsdiq olunacaq;
    • Digər Bakcell abunəçisinin balansını artırmaq üçün telefonunuzda *101* və vahid ödəmə kartının 15 rəqəmli şifrəsini yığın, sonra # və hesabını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini daxil edin və sonra #yes düymələrini yığın;
    • Siz həmçinin, mobil telefonunuzun balansını Bakcell mobil tətbiqi vasitəsilə artıra bilərsiniz.


    Balansınızı yoxlayın:

    Balansınızı yoxlamaq üçün mobil telefonunuzdan *100# yığın və ya Mənim Bakcellim aplikasiyasından istifadə edin. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul olan zaman Siz zəng edə və zəngləri qəbul edə bilərsiniz. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul qurtaran zaman Siz zəng edə bilməyəcəksiniz.

    Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə birtərəfli bağlanır.

    “USSD balans yoxlama” xidmətinin qiyməti 0.02 AZN təşkil edir. Fakturalı tariflərin abunəçiləri üçün pulsuzdur.

    Öncədən ödəniş sistemində olan mobil nömrələrdə:

    1. Nömrəyə edilmiş ödənişin son istifadə tarixi bitdikdə mobil nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır.

    2. Nömrə birtərəfli bağlanandan sonra 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrədən həm çıxan, həmçinin daxil olan zənglər ikitərəfli qaydada dayandırılır.

    3. Nömrə ikitərəfli bağlanandan sonra 150 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktiv etmək mümkündür. 150 gün ərzində heç bir ödəniş həyata keçirilməsə bu müddət bitən kimi nömrə ləğv edilir və balansda olan məbləğ silinir. Daha sonra abunəçinin müraciəti əsasında məbləğin bərpa olunması mümkündür. Ləğv olunmuş nömrənin müvafiq xərcləri (bank komisyonları, nağdlaşdırma xərci və s.) çıxıldıqdan sonra vəsait abunəçinin adına olan nömrəsinə bərpa olunur.


    Fakturalı xəttə aid mobil nömrələrdə:

    1. Nömrədə tətbiq edilən istifadə limiti müvafiq həddə çatdıqda, nömrədən çıxan zənglər birtərəfli qaydada bağlanır. İstifadə limiti - abunəçinin mobil nömrəsinə yükləmiş pul və nömrəyə təyin edilmiş limitin cəminə bərabərdir. Nömrənin balansını artırmaqla nömrənin aktivləşdirmək mümkündür.

    2. Yaranmış borc cari ayın sonunadək ödənilməsə, faktura borcuna çevrilir. Faktura borcu abunəçinin ötən ay üçün etdiyi danışıqlar və cari ay üçün olan aylıq abunə haqqından ibarətdir.

    3. Faktura borcu növbəti 30 gün ərzində ödənmədikdə, nömrə çıxan zənglər üçün birtərəfli qaydada bağlanır.

    4. Daha növbəti 30 gün ərzində heç bir ödəniş həyata keçirilmədikdə, nömrəyə daxil olan zənglər də dayandırılacaq və nömrə ikitərəfli qaydada bağlanacaq.

    5. 90 gün müddətində nömrənin balansını artırmaqla mobil nömrəni aktivləşdirmək mümkündür. Bu müddət ərzində heç bir ödəniş həyata keçirilmədikdə nömrə ləğv edilir. Ləğv edilmiş nömrədə yaranmış borc saxlanılır və bu borc abunəçi tərfindən ödənilməlidir.