Turan Cəlilova

İlk öncə Bakcell şirkətinə gənclər üçün yaratdığı təcrübə imkanlarına görə təşəkkürümü bildirirəm. Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramında iştirak etdiyim üçün, həmçinin seçilmiş təcrübəçilər arasında olduğum üçün çox şadam. Satış departamentinin Pərakəndə satış və distribusiya şöbəsinin Müştərilərə dəstək bölməsinin Xidmət mərkəzi yarımbölməsində keçdiyim təcrübə mənim üçün geniş imkanlar yaratdı. Proqram çərçivəsində təcrübə keçdiyim sahə ilə əlaqədar prosedurlarla ətraflı şəkildə tanış oldum. Ən vacibi isə iş həyatının çətinlikləri və özəlliklərini öyrəndim.Qeyd etməliyəm ki, Xidmət mərkəzi yarımbölməsi müştərilərlə birbaşa ünsiyyətdə olur və onların problemlərini həll etməyə çalışır. Abunəçilərlə işləmək isə çox səbr və təmkin tələb edən bir prosesdir. Müştəri xidmətləri sahəsində keçdiyim bu təcrübə mənə bu işin öhdəsindən gəlməyi, abunəçilərlə necə davranmağı, abunəçilərin gözləntilərinə uyğun şəkildə cavab verməyi öyrətdi. Təcrübə müddətində mən insanlarla peşəkar ünsiyyət bacarıqlarımı inkişaf etdirdim. Proqram mənim bir çox xüsusiyyətlərimin inkişafında böyük rol oynadı və mənə müxtəlif yaş qruplarına, fərqli prinsiplərə malik olan insanlarla qarşılıqlı münasibət qurmaq imkanı verdi. Müxtəlif problemli məsələlərin taktik həlli yollarını öyrənməyə çalışdım. Bütün bunlardan əlavə çox sevinirəm ki, Bakcell- də mükəmməl, bir- birinə dəstək olan iş kollektivi ilə işləmək şansı əldə etdim. İşlədiyim kollektivdəki gözəl insanları tanıdım və çox sevdim. Təcrübə müddətinin bitməsinə isə çox təəssüflənirəm. İnanıram ki, Bakcell şirkətində əldə etdiyim təcrübə gələcək iş fəaliyyətimdə mənə daha böyük uğurlar qazanmağa yardımçı olacaq.