Azərbaycana Birgə Yardım (UAFA)

Azərbaycana Birgə Yardım (UAFA) və Bakcell “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsini 2010-cu ilin fevralından həyata keçirir. Layihə çərçivəsində 60 fiziki və əqli cəhətdən qüsurlu uşaq rəqs, rəsm və foto dərslərində iştirak edib. Bu fəaliyyətlərdə iştirak nəticəsində uşaqların fiziki, intellektual və sosial bacarıqlarının inkişaf etdirilməsində xeyli irəliləyiş olub. 2011-ci il martın 3-də Bakcell və UAFA təşkil elədiyi Mənim əlvan arzularım” adlanan tədbirdə “Bakcell Stars” –UAFA layihəsində iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət rəsm və foto sərgisi nümayiş olunub, onların ifasında rəqs və tamaşa təqdim edilib. Tədbirin yekununda Bakcell UAFA-nın əlilliyi olan uşaqlara yönəlmiş layihəsinin davam etdirməsinə dəstək məqsədilə SMS kampaniyasını elan edib. Əldə olunan nailiyyətləri davamlı etmək və Azərbaycanın digər rayonlarında yaşayan əlil uşaqlar və onların ailələri üçün də bu cür fəaliyyətləri təşkil etmək məqsədilə UAFA bu layihəni İcma Əsaslı Reabilitasiya Mərkəzinin Xaçmaz və Gəncədəki filiallarında da həyata keçirmək niyyətindədir. Yasamal mərkəzində daha çox əlil uşağı layihəyə cəlb etməklə rəqs, incəsənət və foto çəkiliş dərsləri davam etdiriləcək, eləcə də teatr və tikiş dərsləri təşkil ediləcək. Xaçmaz və Gəncədə isə UAFA uşaq mütəxəssisləri üçün təlimlər keçirəcək, əlilliyi olan uşaqlar üçün incəsənət, peşə, idman və rəqs kursları təşkil edəcək.

Azərbaycana Birgə Yardım (UAFA) 1998-ci ildə təsis edilib və xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət edir. Təşkilatın əsas məqsədi əlilliyi olan uşaqlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və Azərbaycan hökumətinin dövlət uşaq müəssisələrində olan uşaqların sayının azaldılmasına yönəldilmiş deinstitutlaşdırma islahatına dəstək verməkdir.

http://uafa.org.uk/

Video

Bakcell-UAFA : “1 iyun” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş tədbir. Xaçmaz TV

"Mənim əlvan arzularım"-Xeyir Körpüsü

Bakcell- UAFA : "Mən də varam" adlı idman yarışı . Kəpəz TV

Bakcell stars: Hər bir uşaq ulduzdur

Bakı

Bakcell Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib

Gəncə, Xaçmaz