Bölgələrdən limitsiz zənglər!

Bakcell Azərbaycan bölgələri üçün limitsiz zənglər fürsəti təqdim edir. İndi istənilən abunəçimiz 24 SAAT LİMİTSİZ ZƏNGLƏR paketini qoşaraq bölgələrdən Bakcell nömrələri ilə doyunca danışa biləcək!

  • Bu paketi qoşmaq üçün star545hashcall yığın.

Gündəlik xidmət haqqı 0.30 AZN təşkil edir.

Qeyd

  • 24 saat limitsiz zənglər yalnız bölgələrdən edilən şəbəkədaxili zənglərə tətbiq edilir.
  • Şəbəkəxarici zənglər üçün xidmət haqqı tarifinizə uyğun olaraq hesablanacaq.
  • Bu paketi istənilən CIN abunəçisi (ƏlaGÜN, Klass və Business abunəçiləri istisnadır) qoşa bilər.
  • Bu paket Günboyu0 tarifində aktivləşərsə, tarifin gündəlik 29 qəpik abunəsi dayandırılır və əvəzində paketin gündəlik xidmət haqqı çıxılacaq.
  • Paketi aktivləşdirdikdən sonra, digər CIN tarifinə keçid edilərsə, paket ləğv edilmir. Klass yaxud Business tarifinə keçid baş verərsə, paket ləğv ediləcək və ləğv edilməsinə görə, xidmət haqqı tutulmayacaq.
  • Paketi ləğv etmək üçün star545star0hashcall yığın. Xidmət haqqı 0.50 AZN təşkil edir.
  • Limitsiz zənglərə ədalətli istifadə siyasəti tətbiq edilir və gündəlik kvota olaraq şəbəkədaxili zənglər üçün 500 dəqiqə təqdim edilir.
  • Şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə təşkil edir.