Faydalı əməliyyatlar

Balansınızı yoxlayın

Balansınızı yoxlamaq üçün mobil telefonunuzdan star100hashcall yığın və ya 178 nömrəsinə zəng edin.

Balansı yoxlamaq üçün xidmət haqqı 1 qəpikdir.

Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə 90 gün ərzində ikitərəfli bağlanır.

İnternet trafikini yoxlamaq

İstifadə edilməmiş İnternet trafikini yoxlamaq üçün 134star559hashcall yığın.

Pul köçürmə

Öz balansınızdan digər CIN yaxud Klass abunəçisinin balansının artırılması

Yaxınlarınıza balansınızdan 20 qəpik göndərin:

  • Telefonunuzda star105star sonra balansını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell CIN nömrəni və hashcall düymələrini yığın.
  • Siz və balansını artırdığınız digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız.
  • Hər bir göndəriş üçün xidmət haqqı 6 qəpik təşkil edir.
  • Xidmətdən həm CIN, həm də Klass abunəçiləri istifadə edə bilər.

Bakcell abunəçisi digər abunəçinin bağlanmış nömrəsinə “pul köçürmə” yolu ilə 0.20 AZN göndərərsə, bağlanmış nömrə 1 gün müddətinə açılacaq.

Digər abunəçinin hesabını ödəmə kartı vasitəsilə ilə də artıra bilərsiniz:

Bu xidmət pulsuzdur.

  • star101hash15 rəqəmli ödəmə kartının kodunu hash və balansını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell nömrəsini, daha sonra hashcall yığın.
  • Sizə və həmin nömrəyə balansın artırılması barədə mesaj gələcək.

CIN Credit

CINKredit xidməti ilə CIN abunəçiləri balanslarını 1 AZN miqdarında artıra bilərlər.

Bunun üçün sadəcə star150hashcall yığın.

ən azı 90 gündən 2 ilə qədər nömrəsi aktiv olan Bakcell abunəçisi 2 CINKrediti ala bilər son 2 kredit ödənməsə, yeni kredit verilmir
2 ildən 5 ilə qədər nömrəsi aktiv olan Bakcell abunəçisi 3 dəfə CINKrediti ala bilər son 3 kredit ödənməsə, yeni kredit verilmir
5 il və daha çox müddətdə nömrəsi aktiv olan Bakcell abunəçisi 5 dəfə CINKrediti ala bilər son 5 kredit ödənməsə, yeni kredit verilmir

Nömrəniz yuxarıdakı şərtlərə cavab vermirsə, Siz yeni kredit ala bilməyəcəksiniz.

CINKredit üçün xidmət haqqı 20 qəpikdir.

KlassKredit

Klass tarifinin abunəçiləri KlassKredit xidməti ilə balanslarını 1 AZN, 2 AZN və ya 5 AZN məbləğində artıra bilərlər.

  • 1 AZN-lik krediti əldə etmək üçün star250star1hashcall yığın.
  • 2 AZN-lik krediti əldə etmək üçün star250star2hashcall yığın.
  • 5 AZN-lik krediti əldə etmək üçün star250star5hashcall yığın.
  • 1 AZN-lik kredit əldə etdikdən sonra 2 AZN və 5 AZN kredit əldə edə bilərsiniz.
  • 2 AZN-lik kredit əldə etdikdən sonra 1 AZN və 5 AZN kredit əldə edə bilərsiniz.
  • 5 AZN-lik kredit əldə etdikdən sonra 1 AZN və 2 AZN kredit əldə edə bilərsiniz.
  • KlassKreditin qiyməti:
  • 1 AZN-lik kredit 20 qəpik.
  • 2 AZN-lik kredit 40 qəpik.
  • 5 AZN-lik kredit 1 AZN.

Kartın yüklənməsi

Bakcell ödəmə kartları

Ödənmə kartlarını ölkə ərazisindəki əksər satış nöqtələrindən əldə edə bilərsiniz, nominallar aşağıdakı kimidir:

Ödəmə kartının nominal qiyməti Etibarlılıq müddəti (yükləndiyi gündən etibarən)
1 AZN 5 gün
2 AZN 20 gün
3 AZN 30 gün
5 AZN 45 gün
10 AZN 90 gün
20 AZN 150 gün
50 AZN 150 gün

Balansı artırma qaydaları:

  • Balansı artırmaq üçün kartın üzərindəki qoruyucu təbəqəni silin, star101hash sonra 15 rəqəmli şifrəni daxil edin və hashcall yığın. Balansınızın artırılması təsdiq olunacaq.
  • Siz həmçinin, mobil telefonunuzdan 177 nömrəsinə zəng edib səsli təlimatlara riayət edərək balansınızı artıra bilərsiniz. Pul yükləndikdən sonra Siz təsdiq cavabı eşidəcəksiniz. 177 nömrəsinə zəng pulsuzdur.

Rouminqdə olarkən USSD kod vasitəsilə endirimli zənglər

CIN, Klass abunəçiləri bizim eksklüziv rouminq tərəfdaşlarımızın şəbəkələri daxilində zəng edə, zəng qəbul edə və SMS mesajları qəbul edə bilərlər. Siz xaricdən istənilən istiqamətə (peyk və premium zona nömrələri istisna olmaqla) daha sərfəli qiymətlə zəng edə bilərsiniz – dəqiqəsi 0.65 AZN*. Eksklüziv tərəfdaşlarımızın siyahısını BURADAN əldə edə bilərsiniz.

  • Bakcell nömrəsinə zəng etmək üçün star135hash10 rəqəmli Bakcell nömrəsini və hashcall yığın
  • Başqa bir operatora və ya Azərbaycandakı şəhər nömrəsinə zəng etmək üçün star135hash operator və ya şəhər kodunu, zəng etdiyiniz nömrəni və hashcall yığın
  • Beynəlxalq nömrələrə zəng etmək üçün star135hash00 ölkə kodunu, zəng etdiyiniz nömrəni və hashcall yığın
  • Sonra sadəcə cavab zəngini gözləyin. Siz cavab verərkən yığdığınız nömrə ilə əlaqə yaratmış olacaqsınız.

*Zəngin tarifikasiya müddəti 1 dəqiqədir.