Səsli Mesaj Xidməti



Fasiləsiz əlaqə saxlayınİndi hətta telefonunuz söndürülmüş olsa, əhatə dairəsindən kənarda olsanız və ya Sizə zəng edən abunəçiyə dərhal cavab verə bilməsəniz belə Səsli Mesaj Xidməti baş verənlərdən xəbərdar olmanıza imkan yaradır. Səsli Mesaj Xidməti vasitəsilə Sizə zəng edən hər bir kəs Sizin üçün səsli mesaj saxlaya bilər və Siz bu mesajı nəinki mobil telefonunuzdan, hətta istənilən digər telefondan və ya rouminqdə olarkən belə dinləyə bilərsiniz.

Yeni səsli mesajınızın olması barədə dərhal xəbər tutmanız üçün Bakcell bu barədə Sizə SMS göndərəcək. Bakcell Sizə aşağıdakılardan pulsuz faydalanmağı təklif edir:

  • Səsli Mesaj Xidmətini aktivləşdirmək, yenidən qoşulmaq və deaktivasiya etmək
  • SMS xəbərdarlıq mesajları almaq
  • Öz şəxsi Səsli Mesaj qutunuzu yoxlamaq
  • Səsli Mesaj Xidmətinin dili və seçənəklərini dəyişmək

Səsli Mesaj Xidmətinin avtomatik aktivləşdirildiyi abunəçilər üçün xidmətin imkanları

Əgər Sizin Səsli Mesaj Xidmətiniz avtomatik aktivləşdirilibsə, Siz Bakcell-dən bu barədə müvafiq SMS mesajı alacaqsınız. İndi Siz səsli mesajlarınızı həm öz telefonunuzdan, həm də istənilən başqa telefondan dinləyə bilərsiniz.

Xidməti aktivləşdirmək üçün star137hash1hashcall yığın.

  • Sizin üçün saxlanan mesajları öz nömrənizdən dinləmək üçün, 7072call yığın və əsas menyunun göstərişlərini icra edin. Köhnə mesajları dinləmək üçün 30.10.2014 tarixinədək 7077
    qısa nömrəsinə zəng edərək saxlanılan mesajları dinləyə bilərsiz.
  • Sizin üçün saxlanan mesajları istənilən başqa Bakcell nömrəsindən dinləmək üçün 7071call yığın və əsas menyunun göstərişlərini icra edin
  • Sizin üçün saxlanan mesajları rouminqdə olarkən öz nömrənizdən dinləmək üçün +94557072000call yığın və əsas menyunun göstərişlərini icra edin
  • Sizin üçün saxlanan mesajları rouminqdə olarkən istənilən başqa Bakcell nömrəsindən dinləmək üçün +94557071000call yığın və əsas menyunun göstərişlərini icra edin
  • Sizin üçün saxlanan mesajlara Azərbaycanda başqa mobil operatorun nömrəsindən dinləmək üçün 0557071000call yığın və əsas menyunun göstərişlərini icra edin
  • Sizin üçün saxlanan mesajlara şəhər telefonundan dinləmək üçün 0557071000call yığın və əsas menyunun göstərişlərini icra edin

Səsli Mesaj qutunuzun mesajlarını başqa telefondan dinləmək üçün öz şəxsi şifrənizi müəyyən etməlisiniz. Bunun üçün mobil nömrənizdən - 7072 yığın və sistemin göstərişlərini icra edərək öz Səsli Mesaj qutunuz üçün şifrəni seçin. Şifrənin seçilməsi yalnız ev şəbəkəsi daxilində (yəni rouminqdə olarkən yox) mümkündür.

Ümumi çıxışdan Səsli Mesaj qutusuna daxil olarkən ( 7072 və ya +94557072000call nömrəsindən), həm mesajları dinləyə, həm də Səsli Mesaj Xidmətinin seçənəklərini (şifrədən başqa) dəyişə bilərsiniz.

Səsli Mesaj Xidmətinin rejimlərin seçilməsi

Xidmətin avtomatik aktivləşdirildiyi bütün abunəçilərdə vahid yönləndirmə rejimi – “zəng çatmır yaxud telefon söndürülüb” rejimi seçiləcək, yəni bütün daxil olan zənglər avtomatik Sizin Səsli Mesaj qutunuza yönləndiriləcək. Lakin Siz Səsli Mesaj Xidmətinin rejimlərini özünüzə rahat olan şəkildə dəyişdirə bilərsiniz.

  • Əgər bütün daxil olan zənglərin hər zaman avtomatik şəkildə Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə telefonunuzda starstar21star00994558000000hashcall yığaraq “Bütün zənglər” rejiminə qoşulun
  • Əgər daxil olan zənglərin 30 saniyəlik gözləmədən sonra Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə, telefonunuzda starstar61star00994558000000hashcall yığaraq “Cavab yoxdur” rejiminə qoşulun
  • Əgər telefonunuz şəbəkə əhatəsi xaricində olarkən daxil olan zənglərin Səsli Mesaj Xidmətinə yönləndirilməsini istəyirsinizsə telefonunuzda starstar62star00994558000000hashcall yığaraq “zəng çatmır” rejiminə qoşulun
  • Əgər Siz başqası ilə telefonla danışan zaman daxil olan zənglərin Səsli Mesaj qutunuza yönləndirilməsini istəyirsinizsə telefonunuzda starstar67star00994558000000hashcall yığaraq “Məşğuldur” rejiminə qoşulun

Səsli Mesaj Xidmətinin rejimlərinin yoxlanılması

  • “Bütün zənglər” rejimini yoxlamaq üçün telefonunuzda starhash21hashcall yığın

  • “Cavab yoxdur” rejimini yoxlamaq üçün telefonunuzda starhash61hashcall yığın

  • “Zəng çatmır” rejimini yoxlamaq üçün telefonunuzda starhash62hashcall yığın

  • “Məşğuldur” rejimini yoxlamaq üçün telefonunuzda starhash67hashcall yığın

Səsli Mesaj Xidmətinin rejimlərinin deaktivasiyası

  • “Bütün zənglər” rejimini deaktivasiya etmək üçün telefonunuzda hashhash21hashcall yığın
  • “Cavab yoxdur” rejimini deaktivasiya etmək üçün telefonunuzda hashhash61hashcall yığın

  • “Zəng çatmır” rejimini deaktivasiya etmək üçün telefonunuzda hashhash62hashcall yığın

  • “Məşğuldur” rejimini deaktivasiya etmək üçün telefonunuzda hashhash67hashcall yığın

  • Bütün rejimləri deaktivasiya etmək üçün telefonunuzda hashhash002hashcall yığın

Xidməti özləri aktivləşdirən abunəçilər üçün Səsli Mesaj Xidmətinin imkanları

Siz Bakcell-in Səsli Mesaj Xidmətini özünüz müstəqil şəkildə aktivləşdirən zaman belə onun bütün imkanlarından faydalana bilərsiniz.

Dil seçimini etmək üçün öz nömrənizdən 7072call zəng vurun və sistemin göstərişlərini icra edin.

Bundan əlavə bizim Müştəri Xidmətləri Mərkəzlərimizdən birinə gəlməklə və ya Məlumat Mərkəzinə zəng etməklə Səsli Mesaj Xidmətini aktivləşdirə bilərsiniz.

Rouminqdə Səsli Mesaj Xidməti

Gözlənilməyən xərclərlə üzləşmənizin qarşısını almaq üçün Səsli Mesajz Xidməti rouminqdə olarkən avtomatik aktivləşdirilmir.

Buna görə də, əgər xaricdə olarkən də bu xidmətdən istifadə etmək istəyirsinizsə, onu özünüz aktivləşdirməlisiniz. Bunun üçün telefonunuzun menyusunda “Zənglərin yönləndirilməsi” bölməsində +99455800000 nömrəsini daxil edin. Yönləndirmə üçün yeni nömrə daxil olan andan telefonunuza daxil olan cavab verilməmiş bütün zənglər Sizin Səsli Mesaj qutunuza yönələcək.

Rouminqdə Səsli Mesaj Xidmətini deaktivasiya etmək üçün yönləndirməni söndürünn

Səsli Mesaj Xidmətinin yönləndirməsinin dayandırılması

  • İstənilən dildə aktivləşdirilmiş Səsli Mesaj Xidmətini yönləndirməsini dayandırmaq üçün telefonunuzda star137hash0hashcall yığın və ya “Zənglərin yönləndirilməsi” bölməsində yönləndirməni söndürün

Səsli Mesaj Xidmətinin ilkin seçənəkləri

Səsli Mesaj Xidmətini aktivləşdirdikdən sonra şəxsi seçənəklərinizi seçməlisiniz, yəni standart şifrəni (onu ilkin olaraq sistem verəcək) öz şəxsi şifrənizlə əvəz etmək. Bunun üçün, mobil telefonunuzdan 7072call yığın və əsas menyudakı göstərişlərə riayət edin.

Dinlənilməmiş mesajların saxlanma müddəti 7 gün
Yaddaşa yazılmış mesajların saxlanma müddəti 30 gün
Səsli Mesaj qutusunda maksimal mesaj sayı (yeni və yaddaşa yazılan) Yaddaşda olan mesajların maksimal sayı 10. Yeni mesajların maksimal sayı 50.
Qəbul olunmuş bir mesajın maksimal müddəti 3 dəqiqə
Göndərilən bir mesajın maksimal müddəti 3 dəqiqə
Göndərilmə siyahısında ola bilən maksimal nömrə sayı limitsiz
Eyni vaxtda göndərilmə siyahılarının maksimal sayı limitsiz
Göndərilən mesajın konkret göstərilən vaxtda çatdırılması mümkündür
Xidmətin “Sənə zəng etmişdim” xidməti ilə uyğunluğu mümkün deyil
Xidmətin “Meloton” xidməti ilə uyğunluğu mümkün deyil

Qoşulma, seçənəklər və aylıq xidmət Pulsuz
Səsli Mesaj qutusunun telefonunuzdan yoxlanılması Pulsuz
Səsli Mesaj qutusunun başqa operatorun nömrəsindən yoxlanılması Həmin operator tərəfindən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq
Rouminqdə olarkən öz telefonunuzdan Səsli Mesaj qutusunun yoxlanması Rouminqdə olarkən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq
Xaricdə olarkən başqa telefondan Səsli Mesaj qutusunun yoxlanması Həmin operator tərəfindən Bakcell-ə edilən zənglər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq
Rouminqdə olarkən Səsli Mesaj qutunuzda qoyulan mesajlar Rouminqdə olarkən daxil olan zənglər üçün müəyyən edilmiş tariflərə uyğun üstəgəl rouminq ölkəsindən Azərbaycana zəngin yönləndirilməsi üçün ödəniş
Səsli mesaj göndəriləndə, siqnal səsindən dərhal sonra, mesajı göndərən abunəçinin müvafiq cari tarif planına uyğun olaraq hesabından xidmət haqqı tutulacaq.