Danışan SMS xidməti

Barmaqlarınıza istirahət verin!

Qiymətli vaxtınızı mesaj yazmağa itirməyin! İndi Bakcell-in “Danışan SMS” xidməti ilə ürəyinizdən keçən sözləri bütün yaxınlarınız və dostlarınıza səslə bildirəcəksiniz.

Bunun üçün:

  • Mesaj göndərmək istədiyiniz nömrənin əvvəlində *0* yığmaq lazımdır (Məsələn: *0*ХХХXXXXXXX YES, burada XXXXXXX abunəçinin 10 rəqəmli nömrəsidir);
  • Məlumatı dinlədikdən sonra mesajınızı deyin. Səsyazmanı dayandırmaq üçün, telefonunuzda danışığı bitirən düyməni yığın;
  • Qarşı tərəf danışan SMS-in daxil olması barədə məlumat alacaq və SMS-i dinləmək üçün *0*YES yığaraq mesaja qulaq asa biləcək.

“Danışan SMS” üçün xidmət haqqı ƏDV daxil 0.06 AZN təşkil edir.

Qeyd

  • “Danışan SMS” ölkədaxili bütün mobil operatorların nömrələrinə göndərilə bilər;
  • “Danışan SMS”-in müddəti 30 saniyəyə qədərdir;
  • Ətraflı məlumat üçün 555 nömrəsinə zəng edin, SMS göndərin və ya 555@bakcell.com ünvanına elektron məktub yazın.