Nömrəm kimin adınadır

Bakcell mobil nömrələrin qeydiyyatı və addan ada keçirilməsi prosesinin sadələşdirilməsi üçün yeni xidmət istifadəyə vermişdir.

Artıq Bakcell abunəçiləri (korporativ və MND abunəçilər xaric) star540hashcall kodunu yığaraq, istifadəsində olan nömrənin kimin adına olduğunu öyrənə bilər. Bundan sonra abunəçi öz istifadəsindəki

  • digər şəxsin adına qeydiyyatda olan nömrənin öz adına qeydiyyata salınması
  • heç kimin adına qeydiyyatda olmayan nömrənin öz adına qeydiyyata salınması əməliyyatlarını daha asan həyata keçirə bilər.

Bunun üçün, kodu yığan abunəçi, şəxsiyyət vəsiqəsi və istifadəsində olan nömrənin SİM kartı ilə istənilən Bakcell Müştəri Xidmətləri Mərkəzinə yaxınlaşaraq, nömrəni müvafiq Bakcell proseduraları çərçivəsində öz adına keçirdə bilər.