Yusif Cabbarov

Yusif Cabbarov
Direktorlar Şurasının sədr müavini

Yusif Cabbarov Bakcell şirkətinin Direktorlar Şurasının sədr müavinidir.

Cənab Cabbarov müxtəlif sahələrdə 20 il uğurlu fəaliyyət təcrübəsinə malikdir. Bu müddət ərzində o, neft-qaz, telekommunikasiya və maliyyə kimi sahələrdə rəhbər vəzifələrdə çalışıb.

Cənab Cabbarov həmçinin Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services və Nobel Upstream şirkətlərinin Direktorlar Şurasının üzvüdür. O, həmçinin şirkətlər qrupunun Səhmdar Ofisinin rəhbəri işləyib.

Daha əvvəl, Yusif Cabbarov Nobel Oil şirkətlər qrupunda baş direktorun müavini və baş maliyyə direktoru vəzifələrində çalışıb. 2000-ci ildən 2013-cü ilə qədər Yusif Cabbarov maliyyə sektorunda çalışıb. O, Azərbaycanın aparıcı kommersiya banklarından birində İdarə Heyətinin sədr müavini işləyib.

Cənab Cabbarov 2012-ci ildə Harvard Biznes Məktəbində bir illik idarəetmə təhsilini (PLD - Strateji Menecment) uğurla bitirib. 2007-ci ildə o, Birminhem Biznes Məktəbindən MBA dərəcəsi və 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetindən iqtisadiyyat və maliyyə üzrə bakalavr dərəcəsi alıb.