download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Error

    Error

    The operation failed.
    Loading...
    Bakcell abunəçilərinin nəzərinə
    15.03.2024

    Daim yenilənən dövrdə abunəçilərə ən son innovativ həlləri təqdim etmək, dəyişikliyə çevik adaptasiya, xidmət keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulur. Bunu nəzərə alaraq, Bakcell şirkəti 28 mart 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərə yeni qiymət strukturu təqdim edəcək.


    Dəyişikliyə əsasən:

    "Tarif paketlərinə daxil olan" internet trafikinin həcmi bitdikdən sonra internetdən istifadə üçün qiymət 0.10 AZN təşkil edəcək;

    "Tarif paketlərinə daxil olmayan" internet trafikinin həcmi bitdikdən sonra internetdən istifadə üçün qiymət 0.29 AZN təşkil edəcək;

    "Klass" tarifindən istifadə edən abunəçilərin aylıq paketi bitdikdən sonra zənglər üçün qiymət 0.08 AZN təşkil edəcək;

    "YeniDoğma" tarifi üzrə bölgələrdən edilən ölkədaxili zənglər üçün qiymət 0.06 AZN təşkil edəcək;

    "Sevimli" tarifi üzrə qiymət dəyişikliyi şəbəkədaxili zənglər üçün 0.09 AZN, şəbəkəxarici zənglər üçün isə 0.14 AZN təşkil edəcək;

    "Klass 5" tarifinin zəng dəqiqələri 100-dən 150-ə qalxacaq, aylıq təkrar ödənişi müvafiq olaraq 6 AZN olacaq. Tarifinin adı "Klass 6" ilə əvəzlənəcək;

    "Onlayn iş və təhsil paketi"nin aylıq təkrar ödənişi 20 AZN təşkil edəcək;

    "Bütün tariflər üzrə" beynəlxalq SMS xidmətinin qiyməti 0.25 AZN təşkil edəcək;

    "GəlirliCin" tarif paketinə daxil olan ölkədaxili zənglər üçün xidmət haqqı 0.09 AZN olaraq dəyişəcək;

    "CİN 1" tarif paketinə daxil olan ölkədaxili zənglər üçün xidmət haqqı 0.09 AZN olaraq dəyişəcək;

    "Günboyu" tarif paketinə daxil olan şəbəkəxarici zənglər üçün xidmət haqqı 0.14 AZN olaraq dəyişəcək.

    Təyin olunacaq yeni qiymət dəyişikliyi nəticəsində abunəçilər üçün şəffaf qiymət modeli, əlverişli və rahat istifadə imkanları təmin olunacaq.