Klass 25 tarifində

Qoşulmaq üçün
* 225 #
Qoşulma PULSUZDUR.

  • 1050
    Dəq

  • 15000
    MB

  • Pulsuz
    WhatsApp

Əlavə üstünlüklər:

  • Məlumat Mərkəzi 555-ə zəng - pulsuz
  • Balansın yoxlanılması *100#YES – pulsuz
  • Ulduzum Premium

Klass 25

Klass 25
Aylıq abunə ödəndikdə, qiymətə daxildir:
Aylıq abunə 25 AZN
Şəbəkədaxili zənglər üçün 800 dəqiqə
Şəbəkəxarici zənglər üçün 250 dəqiqə
Ölkədaxili İnternet 15 GВ
WhatsApp istifadəsi PULSUZ*
Paketin müddəti çıxmamış pulsuz dəqiqələr, İnternet bitəndən sonra qiymətlər:
Şəbəkədaxili zənglər (1 dəqiqə) 0.06 AZN
Şəbəkəxarici zənglər (1 dəqiqə) 0.06 AZN
Ölkədaxili SMS 0.05 AZN
Beynəlxalq SMS 0.10 AZN
MMS 0.05 AZN
Ölkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə
Aylıq abunə ödəmədikdə
Şəbəkədaxili zənglər (1 dəqiqə) 0.06 AZN
Şəbəkəxarici zənglər (1 dəqiqə) 0.06 AZN
Ölkədaxili SMS 0.05 AZN
Beynəlxalq SMS 0.10 AZN
MMS 0.05 AZN
Ölkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə
Beynəlxalq zənglər
Həftəiçi və bütün rəsmi iş günlərində 0.32 AZN
Hər gün saat 00:00-08:00 arası, həftəsonu (şənbə-bazar), bütün rəsmi qeyri–iş günlərində 0.24 AZN
Beynəlxalq zənglərin tarifikasiya müddəti 60 saniyə

* PULSUZ WhatsApp yazılı mesajlara şamil edilir. WhatsApp ilə şəkil, audio, video və digər fayllar göndərildikdə balansınızdakı İnternet trafikdən istifadə ediləcək.

- Tarifdə təqdim edilən İnternet paketi bitərsə, İnternetdən istifadə etmək üçün İnternet paketi aktivləşdirilməlidir.

- 101, 102, 103, 104, 199, 186, 112, 152, 161 nömrələrinə zənglər pulsuzdur. Paketin nəzdində təqdim edilmiş dəqiqələr başqa qısa nömrələrə zənglər üçün istifadə edilə bilməz.

- 13.11.2020 tarixindən etibarən Türkiyədə olarkən rouminq İnternetdən istifadə edə bilmək üçün, mütləq Rouminq İnternet paketi əldə edilməlidir.

Klass 25 tarifini əldə etmək

İstənilən Bakcell Müştəri Xidmətləri Mərkəzindən yaxud diler mağazasından Klass nömrəsi almaqla siz Klass tarifinə qoşula bilərsiz. Klass nömrəsini aktivləşdirmək üçün balansınızı artırın yaxud *500#YES yığın. Klass nömrəsi aktivləşəndən sonra Klass 25 tarifinə keçmək üçün *225#YES yığın. Klass nömrə aktivləşdirildiyi gün ilk aylıq ödənişə 5 AZN güzəşt alacaqsız.

Siz həmçinin CIN tariflərindən Klass 25 tarifinə pulsuz keçə bilərsiz. Sadəcə *225#YES yığın. Business tarifindən Klass tarifinə keçmək üçün Müştəri Xidmətləri Mərkəzinə yaxud Bakcell-IM ofislərinə müraciət edin.

Paketdə istifadə edilməmiş dəqiqələr və İnternet növbəti aya əlavə edilir

  • Aylıq paketdə təqdim edilən dəqiqələr və İnternet trafiki cari ayda tükənməzsə növbəti ayın paketinə əlavə edilə bilər.

    Əgər tarifin aylıq abunə haqqı vaxtında ödənilərsə, yəni, aylıq abunə çıxılan gündə balansda kifayət qədər vəsait olarsa, cari ayda istifadə edilməmiş dəqiqələr, İnternet trafiki növbəti ayın paketinə əlavə ediləcək.

    Növbəti ayda ilk olaraq yeni ayın paketində olan resurslar (dəqiqələr, İnternet trafiki) istifadə ediləcək.

    Yeni ayın paketi tükənəndən sonra keçən aydan qalan paket istifadə ediləcək.

    Əgər yeni ayın paketi də tükənməzsə, o zaman, keçən aydan qalan paket silinəcək, lakin cari ayın paketində qalmış resurslar (dəqiqələr, İnternet trafiki) növbəti ayın paketinə əlavə ediləcək.

    Nümunə: Klass 25 tarifində aylıq abunə haqqı vaxtında ödənilərsə

    Yanvar ayının paketindən qalıb 3 dəqiqə və 5 MB.

    Fevral ayının 1050 dəqiqə və 15 GB paketinə + yanvardan qalmış 3 dəqiqə və 5 MB

    Fevral ayının paketindən qalıb 1 dəqiqə və 4 MB.

    Mart ayının 1050 dəqiqə və 15 GB paketinə + yalnız fevraldan qalmış 1 dəqiqə və 4 MB.

    * Əgər abunəçi kod vasitəsi ilə vaxtından əvvəl paketi yeniləyərsə, istifadə edilməmiş resurslar növbəti aya keçməyəcək.

Balansın yoxlanılması

Balansı yoxlamaq üçün *100#YES yığın. Xidmət pulsuzdur.

Zəngdən sonra balans haqqında bildiriş xidməti avtomatik olaraq nömrənizdə aktivdir. Əgər siz bu bildirişləri almaq istmirsizsə bu xidməti *506#0#YES yığmaqla deaktivasiya edə bilərsiz. Xidməti yenidən bərpa etmək üçün *506#YES yığın.

İnternet balansın yoxlanılması

İnternet balansını yoxlamaq üçün *134#559#YES yığın.

İnternet bitib və daha çox İnternet istəyirsiniz?

Yüksəksürətli İnternetdən istifadəni davam etmək üçün siz Sür@ İnternet paketi ala bilərsiz. İnternet paketləri haqqında daha ətraflı məlumat BURADA

Tarifim haqqında məlumat

Tarifiniz haqqında ətraflı məlumat almaq üçün *555#YES yığın yaxud “KLASS 25” yazıb 2220 nömrəsinə SMS göndərin.

Klass tarifində olan üstünlüklərdən hansı müddətdə faydalanmaq olar?

Paketdə daxil olanlar 1 ay müddətində etibarlıdır.

Əgər dəqiqələr 1 aydan tez bitərsə

Siz balansınıza pul yükləməklə sərfəli qiymətlərdən faydalanaraq aylıq müddət bitənə kimi, tarifdən istifadəni davam etdirə bilərsiz yaxud *225#YES yığmaqla tarifinizi yeniləyə bilərsiz.

Pulsuz WhatsApp

Pulsuz WhatsApp yazılı mesajlara və zənglərə şamil edilir. WhatsApp ilə şəkil, audio, video və başqa fayllar göndərildikdə/alındıqda yaxud applikasiyanın digər xidmətlərindən istifadə edildikdə balansınlzdakı İnternet trafikdən istifadə ediləcək. İnternet balansınız bitdiyi halda balansınızda 0 AZN olsa belə siz WhatsApp ilə yazılı mesajları pulsuz göndərə/ala bilərsiniz.

Bakcell-dən PULSUZ Wi-Fi

Klass abunəçiləri aylıq xidmət haqqını vaxtında ödədikdə Bakcell-in Wi-Fi şəbəkəsinə PULSUZ daxil ola biləcəklər. Bakcell-in PULSUZ Wi-Fi şəbəkəsi haqqında ətraflı məlumat BURADA.

Yeni təklifləri necə almaq olar?

Yeni təklif *225#YES yığmaqla aktivləşdirilə bilər.